SON XƏBƏRLƏR

DƏHŞƏT! Sərnişin təyyarəsi qəzaya uğradı: 179 nəfər həlak oldu

2024.12.29, 10:43
DƏHŞƏT! Sərnişin təyyarəsi qəzaya uğradı: 179 nəfər həlak oldu

Daha bir dəhşətli bir təyyarə qəzası baş verib. Belə ki, Cənubi Koreyanın yanğınsöndürmə xidmətinin məlumatına görə, 181 sərnişin daşıyan təyyarə Muan Beynəlxalq Hava Limanında qəzaya uğrayıb və ən azı 85 nəfər həlak olub.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi xəbər paylaşıb. Təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxaraq divara çırpılıb.

Banqkokdan (Tailand) qayıdan Jeju Air aviaşirkətinə məxsus təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Təyyarənin göyərtəsində olan 179 nəfər həlak olub, iki nəfər isə sağ qalıb. Təyyarədə olan sərnişinlərdən 173-ü Cənubi Koreya, 2-si isə Tailand vətəndaşıdır.

Qəzanın səbəbi hələ məlum deyil, lakin yerli mediada yayılan məlumatlara görə, hadisə təyyarənin sistemlərinə quşların girməsi nəticəsində baş verə bilər.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar