SON XƏBƏRLƏR

Fələstin liderindən Ərdoğana tərs şillə

2021.10.20, 07:36
Fələstin liderindən Ərdoğana tərs şillə

Gunaz.tv
Mahmud Abbas: "Fələstin Kiprin yunan kəsiminin Türk işğalına son qoyulması istiqamətindəki səylərini dəstəkləyir" Kiprin yunan bölümündə rəsmi səfərdə olan Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas keçirdiyi mətbuat konfransında hər iki tərəfin ərazi və digər məsələlərlə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün bir-birinə dəstək verəcəklərini bəyan edib. Cənubi Kipr lideri Xristofyas Mahmud Abbasla keçirdiyi görüşdən sonra Fələstin idarəçiliyinin yunan xalqının "mücadiləsinə" verdiyi dəstəyə görə minnətdarlığını bildirib: "Bizim tezislərimizi İslam Təşkilatı Konfransında gündəmə gətirdiyinizə görə sizə təşəkkür edirəm. Biz fələstinli qardaşlarımızın mübarizəsini Avropa Birliyi çərçivəsində hər zaman birmənalı şəkildə dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. Murad Yenigün Bir müddət öncə Ramallahda diplomatik təmsilçilik açmaq haqqında qərar qəbul etmişik. Qeyd edim ki, Fələstinin Kiprdəki (yunan tərəfi nəzərdə tutulur - red.) təmsilçiliyinin fəaliyyətinin səviyyəsi də gündən-günə yüksəlir. Çox yaxın vaxtlarda Fələstinlə iqtisadiyyat, turizm və təhsil sahəsində ikitərəfli müqavilələr imzalamağı nəzərdə tutmuşuq". Kiprin yunan idarəçiliyinin Ramallahda təmsilçilik açma qərarını fələstinliləri məmnun etdiyini vurğulayan Mahmud Abbas isə öz növbəsində bəyan edib ki, bu addımlar ikitərəfli münasibətlərin inkişafına səbəb olacaq: "Əlaqələrimizin güclənməsi öz haqlarımızın müdafiəsi uğrunda apardığımız mübarizənin siyasi yükünü artıracaq". Mahmud Abbasın səfərinə geniş yer ayıran yunan mətbuatı verilən mesajları Fələstin muxtariyyətinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosdakı çıxışına "cavab" kimi dəyərləndirib: "Yunanlar Türkiyənin, Fələstinsə İsrailin işğalına son verilməsi üçün bir-birini dəstəkləyirlər. Hər iki tərəfin ortaq problemləri və narahatlıqları var. Bu səbəbdən Fələstin və Kiprin yunan idarəçiliyi bütün istiqamətlərdə əməkdaşlıq edilməsi və mövqelərin müdaifə olunması barədə razılığa gəliblər". Doğrusu, Fələstin muxtariyyətinin lideri Mahmud Abbasın Kiprin yunan bölümündə verdiyi antiTürkiyə bəyanatına zərrə qədər də təəccüblənmədim. Çünki Mahmud Abbasın sələfi Yasər Ərəfatın ölümündən bir neçə il öncə verdiyi bəyanatı unutmamışdım. Azərbaycanda el arasında "başı yaylıqlı kişi" adlandırılan Ərəfat vaxtilə Ermənistanın təcavüzkar siyasətini dəstəklədiklərini və "ermənilərlə qardaş olduqlarını" bəyan etmişdi. Məhz bu səbəbdən də vaxtilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davos zirvəsində İsrail prezidenti Şimon Pereslə mübahisəsinin Fələstin rəhbərləri və ərəb liderləri tərəfindən qiymətləndirilməyəcəyini, əksinə qısqanclıqla qarşılanacağını yazmışdım. Göründüyü kimi Ərdoğanın məşhur "Wan minute" təpkisinin cavabı özünü çox gözlətmədi və Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas əlinə düşən ilk fürsətdəcə Türkiyənin maraqlarının əleyhinə bəyanatlar səsləndirdi. Ərdoğanın məşhur nitqini yenidən və olduğu kimi xatırlamaq istərdim: "Sayın Peres məndən yaşlısan, səsin çox yüksək çıxır. Biliyəm ki, səsinin bu qədər yüksək çıxması bir günahkarlıq psixologiyasıdır. Öldürməyə gəlincə, siz bunu çox yaxşı bilirsiniz. Ölkənizdə baş nazir olan insanların sözləri var. "Tankların üzərində Fələstinə girdiyimiz zaman özümü xoşbəxt hiss edirdim", - deyən baş naziriniz vardı. Bu zülümləri alqışlayanlara "ayıb olsun" deyirəm". ...İndi görəsən kimə ayıb olmalıdır? Davos zirvəsi başa çatdı, "fatehlik" iddiaları da, yazılan və deyilən mədhiyyələr də unuduldu, emosiyalar soyudu. Ortalıqda isə buz kimi siyasət qaldı. Elə bir siyasət ki, hətta ərəb səhralarından əsən səmum yelləri də onu əridə bilmək iqtidarında deyil...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar