SON XƏBƏRLƏR

İran yük maşınlarının Türkiyəyə girərkən yanacaq vergisindən azad edilməs qanunu ləğv edilir

2024.12.29, 19:23
İran yük maşınlarının Türkiyəyə girərkən yanacaq vergisindən azad edilməs qanunu ləğv edilir

Türkiyə İranın kommersdiya avtomobilləri və yük maşınlarının ölkəyə daxil olarkən yanacaq vergisi ödəməkdən azad edilməsi qanununu ləğv edir.

Gunaz.tv

Məlumata görə, İran yük maşınları üçün əvvəllər Türkiyəyə daxil olarkən tətbiq olunan çənin standar həcminə qədər yanacaq vergisi ödəməkdən azad olunma qanunu ləğv ediləcək.

Türkiyə hökuməti bu qərarı qarşılıqlılıq prinsipinə əsaslanaraq qəbul edib. Türkiyə Cümhuriyyəti dövlət nömrə nişanlı avtomobillərin İrandan çıxarkən nəqliyyat vasitəsinin yanacaq çəninin tutumuna bərabər gömrük vergisi ödəməyə məcbur edilir.

Türkiyədə İran avtomobillərinə tətbiq edilən bu vergi güzəştinin ləğvindən sonra İran avtomobilləri də yanacaq çəninin tutumuna bərabər gömrük vergisi ödəməyə məcbur olacaqlar.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar