SON XƏBƏRLƏR

İran “İslam Respublikası” mı?

2021.10.20, 07:36
İran “İslam Respublikası” mı?

Gunaz.tv
Son zamanlar Şərqi Türküstanda (Çinin Sincan Uyğur Bölgəsində) baş verən hadisələr bütün dünya xəbər agentliklərinin əsas mövzusu olub. Xatırladaq ki, buna qədər dünya mətbuatı üçün əsas xarici xəbər İranda seçkilərdən sonra baş verən hadisələr idi. Bu iki mövzu arasında hansısa bir əlaqənin mövcud olub olmaması da cavabı maraqlı olan suallardan biridir. Burada isə ilk növbədə “İran İslam Respublikası” rəsmilərinin Müsəlman Uyğurlarla Han Çinlilər arasında yaranmış toqquşma və Çin təhlükəsizlik qüvvələrinin Uyğur Türklərinə qarşı sərt müdaxiləsi ilə bağlı sərgilədiyi möqeyə aydınlıq gətirməyə çalışacağıq. Marqlıdır ki, nəinki İİR rəsmiləri məsələyə münasibət bildirməmişlər, hətta İranda nəşr olunan əksər qəzetlər, İranın rəsmi və qeyri-rəsmi xəbər agentlikləri məsələ ilə bağlı xəbər belə dərc etməmişlər. İran mətbuatının məsələ ilə bağlı xəbər dərc edən orqanlarında isə Uyğurlar Türklərinin müsəlman olması haqda məlumat verilməyib (bu digər nümunələrlə müqayisə olunmayacaq bir haldır). Tarixə qısaca nəzər salaq: İranda 30 il əvvəl inqilab baş verdi. İran inqilabının lideri və dini rəhbəri Ayətullah İmam Xomeyninin “bu inqilab yalnız İranlılara məxsus deyil həmdə bütün dünya Müsəlmanlarının inqilabıdır. Bütün Müsəlmanları qorumalıdır” cümləsi İranın Fələstinliləri müdafiə etməsinin əsası oldu. Digər oxşar hadisələrdə İran rəsmiləri ciddi mövqe göstərərək Müsəlmanların mövqeyini dəstəkləyirdi. Hindistanda Müsəlmanların məscidi sökülən zaman İran rəsmiləri Hindistana öz ciddi etirazını dəfələrlə bildirmişdi. Livanda Müsəlmanlara yardım etmişdi və indi də edir. Balkanlarda 1990-cı illərdə Müsəlmanlar İranın dəstəyini alırdılar və hətta bəzi iddialara görə İran dəstək məqsədi ilə silah da göndərmişdi. İran daxilində Balkanlarda vuruşmaq üçün könüllülər yazılırdı. Amma sonrakı proseslərdə standartlar dəyişməyə başladı. Bu hər halda Müsəlmanların xarakterindən yox, İranın məsələlərə maraqları çərçivəsində baxmasından qaynaqlandı. Məsələn Azərbaycan əraziləri Ermənistan işğalına maruz qalan zaman İran Xristian Ermənilərə daha çox yardım etdi, nəinki, Müsəlman (Şiə) Azərbaycanlı din qardaşlarına. Azərbaycana edilən yardımlar da daha çox Güney Azərbaycan Türklərini susdurmaq məqsədi ilə olunurdu. Amma hazırda əraziləri Ermənistan tərəfindən işğal olan Azərbaycan İran rəsmiləri tərəfindən az qala düşmən kimi tanıdılmağa çalışılır. Rusiyada Çeçenlərə qarşı sərt tədbirlər görülən zaman İran az qala susmaqla Ruslara bu məsələlərdə yardımçı olmağa və ya yarınmağa çalışdı. İndi isə Müsəlman Uyğur Türkləri Çinlilər tərəfindən qətliama məruz qoyulur. İİR yetkililərinin reaksiyası isə görünmür. Bu mövqe çox güman ki, İİR ilə Çin arasında gedərək çoxşaxəli (xüsusilə, enerji və hərbi sahədə əməkdaşlıq ildən ilə güclənir) xüsusiyyət qazanan ikitərəfli münasibətlərdən qaynaqlanır. Amma eyni zamanda, İrandakı mövcud rejimin əsl xüsusiyyətinin həm ölkə daxilindəkilər, həm də xaricdəkilər tərəfindən daha aydın şəkildə qavranılmasına kömək edir.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar