SON XƏBƏRLƏR

Lavrov: İran və İsrail arasında qarşıdurma təhlükəli həddə çatıb

2024.12.30, 10:59
Lavrov: İran və İsrail arasında qarşıdurma təhlükəli həddə çatıb

Yaxın Şərqdə “zorakılıq qövsü” genişlənib və İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb.

Gunaz.tv

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair “TASS”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində xroniki gərginlik və münaqişələrin alovlanmasının təkrarlanması əsasən Amerikanın məsuliyyətsiz hərəkətlərinin nəticəsidir.

“Qeyd olunan amillərin birləşməsi ötən ilin oktyabrında Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin gərginləşməsinə səbəb olub. O vaxtdan bəri Fələstin-İsrail münaqişəsi zonasından zorakılıq qövsü Lübnan və Qırmızı dənizə qədər uzanıb. İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb”, - deyə nazir qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar