SON XƏBƏRLƏR

“BƏSİC” yenenədə odlu silahla cavab verdi

2021.10.20, 07:36
“BƏSİC” yenenədə odlu silahla cavab verdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda tələbə üsyanının 10-cu ildönümündə - iyulun 9-da keçirilmiş kütləvi etiraz aksiyasını dağıtmaq üçün polislə yanaşı mülki geyimli silahlı “Bəsic” könüllülərindən də geniş istifadə edilib. minlərlə aksiyaçı hökumət qüvvələrini azdırmaq üçün etiraz yürüşünü şəhərin bir neçə küçə və meydanından başlayaraq Tehran Universiteti istiqamətində hərəkətə başlayıblar. Aksiyaçıların universitet yaxınlığında birləşməsinin qarşısını almaq üçün “Bəsic” qüvvələri odlu silahdan havaya ardıcıl atəş açaraq dəyənək və gözyaşardıcı qazla hücuma keçiblər. Aksiyaçıların daşla müqavimət göstərdiyi vurğulanır. “Diktatora ölüm”, “Allahu əkbər”, “Xamneyiyə ölüm”, “İslam Respublikasına ölüm” şüarı ilə etiraza qalxan aksiyaçılar, ilk dəfə olaraq İranın dini rəhbəri ayətullah Əli Xamneyinin oğlu Muctabaya qarşı da şüar səsləndiriblər: “Muctaba öləsən, rəhbərlik görməyəsən!”. Xamneyinin oğlu Muctabaya qarşı şüarın səsləndirilməsi onun pərdə arxasından “Bəsic” qüvvələrinə rəhbərlik etməsi və atasının yerinə oturmağa hazırlaşması ilə bağlı şayiələrlə əlaqələndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar