SON XƏBƏRLƏR

İraq parlamentinin sədri: Əgər ABŞ-İran münaqişəsi başlasa, biz neytral mövqedə olacağıq

2024.12.30, 12:17
İraq parlamentinin sədri: Əgər ABŞ-İran münaqişəsi başlasa, biz neytral mövqedə olacağıq

"Əgər ABŞ-İran münaqişəsi başlasa, biz neytral mövqedə olacağıq"

Gunaz.tv

Bu sözləri İraq parlamentinin sədri Mahmud əl-Məşədani Əl-Ərəbiyə telekanalına müsahibəsində bildirib.

Parlament sədrinin sözlərinə görə, İranın bölgədə yaratmağa çalışdığı şiə hilalı Suriyadakı rejimin çöküşündən sonra tamam fərqli məcraya keçid alıb.

"Buna görə də İran Suriyada baş verənlərdən olduqca narahatdır" - deyə Mahmud əl-Məşədani bildirib.

Türkiyənin Suriyada baş verənlərdəki roluna gəldikdə isə Məşədani Türkiyənin Suriya üzərindəki təsirinin aşkar olduğunu bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar