SON XƏBƏRLƏR

İranda 8 məhkum edam edildi

2024.12.30, 16:29
İranda 8 məhkum edam edildi

Güney Azərbaycanın Təbriz və Qəzvin şəhərlərinin həbsxanalarında narkotik maddələrin alverində günahlandırılan 3 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bununla yanaşı Şiraz, İsfahan və Əliqudərz həbsxanalarında da 5 məhkum dar ağacından asılıb.

Onlardan 4-ü narkotik maddələrin alveri, biri isə adam öldürməkdə ittiham olunub.

Əliqudərz həbsxanasında edam edilən Calal Setankəzi Əfqanistan vətəndaşıdır.

Qeyd edək ki, insan haqları təşkilatlarının son hesabatına görə, 2024-cü il dekabın 25-ə kimi İranda 883 məhkum edam edilib.

2023-cü ildə İranda 811 məhbus edam edilib və cari ildəki edamların sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar