SON XƏBƏRLƏR

Rus hərbçilər Ermənistan-İran sərhədindən çıxdılar

2024.12.31, 11:16
Rus hərbçilər Ermənistan-İran sərhədindən çıxdılar

Bu gündən Ermənistan-İran dövlət sərhədinin Aqarak (Əkərək-M.) sərhəd keçid məntəqəsində sərhəd nəzarətini yalnız Ermənistan Respublikasının zabitləri həyata keçirir.

Gunaz.tv

GünazTV bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.

Paşinyan əlavə edib ki, Ermənistan müstəqillik əldə etdikdən indiyə qədər Aqarak (Əkərək-M.) keçid məntəqəsində sərhəd nəzarəti Rusiya Federasiyasının Sərhəd Mühafizəsinin zabitləri həyata keçirirdi. O, göstərdikləri xidmətə görə ruslara təşəkkür edib: “Və bu gündən sərhəd nəzarətini üzərinə götürən sərhədçilərimizə uğurlar və xeyirli xidmət arzu edirəm”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar