SON XƏBƏRLƏR

“Times” meydanında Həmrəylik Günü aksiyası keçirildi

2024.12.31, 11:27
“Times” meydanında Həmrəylik Günü aksiyası keçirildi

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Amerikanın Nyu-York şəhərinin dünyaca məşhur “Times” meydanında məlumatlandırma aksiyası keçirilib.

Gunaz.tv

GünazTV “Report”-a istinadla xəbər verir ki, aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutub.

Meydanın mərkəzində yerləşən led ekranların birində Azərbaycanın tarixi, milli adət-ənənələri, ərazi bütövlüyünün əks edildiyi nəhəng xəritə, milli atributları, dövlət bayrağı, eləcə də milli geyimləri və rəqslərinin nümayiş olunduğu videogörüntülər əks olunub.

AAYF-nin üzvləri olan, ABŞ-də təhsil alan azərbaycanlı gənclər aksiya barəsində meydanı ziyarət edən turistləri və yerli sakinləri məlumatlandırıblar. Aksiya gün ərzində davam edəcək.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar