SON XƏBƏRLƏR

İranı adlanan yeri dəvət etmədilər

2021.10.20, 07:36
İranı adlanan yeri dəvət etmədilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "Nabucco" sazişinin imzalanması mərasiminə 18 ölkənin rəsmiləri iştirak edəcək İyulun 13-də Ankarada "Nabucco" layihəsi üzrə imzalanma mərasiminə 18 ölkənin dövlət və hökumət rəsmiləri qatılacaq. "APA-Economics"in Türkiyənin ANKA agentliyinə istinadən verdiyi məlumata görə, sazişə Türkiyə, Macarıstan, Avstriya və Bolqarıstanın baş nazirləri, Rumıniyanın isə prezidenti imza atacaq. Tədbirdə iştirakla bağlı region dövlətlərindən yalnız İrana dəvət göndərilməyib. Mərasimdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, İraq və Misirdən də dövlət və hökumət rəsmiləri iştirak edəcəklər. ABŞ-ı Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndə Riçard Morninqstar, Gürcüstanı isə dövlət başçısı Mixail Saakaşvili təmsil edəcək. Tədbirdə rəsmi Bakını kimin təmsil edəcəyi hələ dəqiqləşməyib. Kəməri çəkəcək "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumuna hərəyə 16,67%-lik payla OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) daxildir. Layihənin ümumi investisiya dəyəri artıq $12,3 milyarda çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar