SON XƏBƏRLƏR

Azərbaycan Türkiyəyə qaz nəqlini 10 % artırıb

2025.01.01, 11:01
Azərbaycan Türkiyəyə qaz nəqlini 10 % artırıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 9 milyard 470,87 milyon kubmetr təbii qaz ixrac edilib.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2023-cü ilin ilk 10 ayı ilə müqayisədə 10 % çoxdur.

Ötən ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,56 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 40,29 % çoxdur.

Bununla da oktyabr Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 25,52 %-i Azərbaycanın payına düşüb.

Qeyd edək ki, Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub.

İlin 10-cu ayında Rusiyadan Türkiyəyə 1 milyard 711,12 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 13,84 % azdır.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar