SON XƏBƏRLƏR

Xamenei məğlubiyyətlərdən sonra İran və Donald Tramp arasında danışıqlar üçün çağırış edib

2025.01.01, 11:59
Xamenei məğlubiyyətlərdən sonra İran və Donald Tramp arasında danışıqlar üçün çağırış edib

"Biz cənab Trampla danışıqlar aparmalıyıq. Bütün hökumət sistemi üz-üzə gəldiyi halda, ölkənin məsələlərini yarımçıq saxlamaq mümkün deyil."

Gunaz.tv

Bu sözləri İran prezidenti Məsud Pezeşkianın müşaviri Əli Əbdül Əlizadə deyib.

“Seçki zamanı da dedim ki, cənab Trampla danışıqlar aparmalıyıq,  Ölkə məsələlərini yarımçıq saxlamaq mümkün deyil, ona görə də milli maraqları müdafiə etmək üçün danışıqlara getməliyik. Hələ seçki kampaniyasının başında biz danışıqları bərpa edəcəyimizi bildirmişdik." - deyə Əli Əbdül Əlizadə fikirlərinə əlavə edib.

Qeyd edək ki, İran prezidentinin müşaviri bu sözləri Donald Trampın andiçmə mərasiminə cəmi 20 gün qaldığı bir vaxtda bildirib.

Yaxın Şərqdə baş verən son hadisələr, o cümlədən Suriyada Bəşər Əsədin devrilməsi və Lübnan Hizbullahının zəifləməsindən sonra İran hökuməti Qərblə mümkün danışıqlarda təzyiq alətlərindən birini itirdiyini başa düşür.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar