SON XƏBƏRLƏR

İSRAİL PREZİDENTİ KÜÇƏLƏRDƏN BİRİNƏ HEYDƏR ƏLİYEVİN ADININ VERİLMƏSİNİ TƏKLİF EDİB

2021.10.20, 07:36
İSRAİL PREZİDENTİ KÜÇƏLƏRDƏN BİRİNƏ HEYDƏR ƏLİYEVİN ADININ VERİLMƏSİNİ TƏKLİF EDİB

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin eldə etdiyi məlumata görə, İsrail prezidenti Şimon Peres Bakıdan qayıdandan sonra öz ölkəsindəki iri şəhərlərdən birində küçələrdən birinə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin adının verilməsi təklifini irəli sürüb. O bu təkliflə İsrailin xarici işlər naziri Aviqdor Libermana müraciət edib. Liberman da öz növbəsində “İsrail bizim evimizdir” Partiyasının sədri kimi, partiyanın baş katibi və bələdiyyə komissiyasının üzvü, Knessetin deputatı Fain Kirşenbaumdan xahiş edib ki, yaxın gələcəkdə hansı şəhərdə yeni küçələrə ad veriləcəyini yoxlasın. AzərTAc-ın məlumatına görə, bu halda sakinləri arasında əslən Azərbaycandan olanların çoxluq təşkil etdiyi şəhərlərə üstünlük verilib. “İsrail bizim evimizdir” Partiyasının baş katibi öz seçimini XIX əsrin axırlarında Latviyadan və Litvadan gəlmə mühacirlərin saldığı, əhalisinin sayı 80 minə yaxın olan Hadera şəhəri üzərində saxlayıb. Şəhər merinin müavini, “İsrail bizim evimizdir” Partiyasının üzvü Roman Gişer yaxın vaxtlarda bu təklifi küçələrə ad verilməsi üzrə bələdiyyə komissiyasının müzakirəsinə təqdim etmək fikrindədir. Yeri gəlmişkən, iyun ayında İsrail-Azərbaycan parlament assosiasiyasının rəhbəri vəzifəsinə də “İsrail bizim evimizdir”in nümayəndəsi – Knessetdə bu partiyanın fraksiyasının sədri Robert İlatov seçilib. İsrail prezidenti Ş.Peres iyunun 28-29-da Azərbaycanda səfərdə olub.m.forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar