SON XƏBƏRLƏR

Hizbullahın qurucusundan ETİRAF: “İŞİD-ə yox, Suriya xalqına qarşı vuruşmuşuq”

2025.01.02, 10:38
Hizbullahın qurucusundan ETİRAF: “İŞİD-ə yox, Suriya xalqına qarşı vuruşmuşuq”

“Hamı bilir ki biz Suriyada yerli sünnilərə qarşı vuruşmuşuq"

Gunaz.tv

GünAz TV Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Hizbullahın birinci baş katibi Sübhi əl-Tufayli öz açıqlamasında deyib.

O, Lübnan Hizbullahının Suriyadakı mülki şəxslərlə də "məşğul olduğunu" qeyd edib.

Əl-Tufaylinin sözlərinə görə İran, Hizbullah və Rusiya İŞİD-ə qarşı mübarizəni bəhanə edərək Suriya müxalifətinə qarşı döyüşüb: “Sonra ruslar da digərləri kimi İŞİD-dən başqa hamı ilə döyüşməyə gəldilər”.

Qeyd edək ki, Hizbullahın qurucusu və birinci baş katibi əvvəldən təşkilatın Əsəd rejimi və İran tərəfində müharibədə iştirakına qarşı çıxıb. 2020-ci ildə əl-Tufayli Əsəd üçün döyüşənləri “müsəlman uşaqlarına qarşı səlib yürüşündəki əsgərlər” adlandırmışdı.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar