SON XƏBƏRLƏR

İran yeni ilə edamlarla başladı- 1 gündə 18 edam

2025.01.02, 11:03
İran yeni ilə edamlarla başladı- 1 gündə 18 edam

İran yeni ilə edamlarla başlayıb və yanvarın 1-də ölkənin 6 şəhərinin həbsxanalarında 18 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Kərəc, Əliqudərz, Yasuc, Məlayer, Dezful və Bəndər Abbas şəhərlərində narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılan məhkumlar dar ağacından asılıblar.

Ən çox edam hökmü Kərəcin Qızılhisar həbsxanasında icra olunub və burada biri Əfqanistan vətəndaşıolmaqla 10 məhkum asılıb.

Qeyd edək ki, 1 yanvar 2024-cü ildən 20 dekabr 2024-cü ilə qədər İran həbsxanalarında ən azı 930 məhbus edam edilib və bu əvvəlkiillə müqayisədə 24,6% çoxdur.

Həmin müddət ərzində 214 məhbus barədə edam hökmü çıxarılıb, 56 məhbusun edam hökmü isə Ali Məhkəmə tərəfindən təsdiq edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar