SON XƏBƏRLƏR

TEHRANDA YENİ AKSİYA VƏ QARŞIDURMALAR

2021.10.20, 07:36
TEHRANDA YENİ AKSİYA VƏ QARŞIDURMALAR

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda tələbə üsyanlarının 10-cu ildönümündə minlərlə gənc küçələrə axışaraq aksiya keçirməyə başlayıb. 10 il əvvəl Tehran Universiteti tələbələrinin keçirdiyi dinc aksiyanı mülki geyimli hökumət qüvvələri iyulun 9-da gecə vaxtı amansızlıqla dağıdıb. Odlu və soyuq silahlarla hücuma keçən qüvvələr bir neçə tələbəni qətlə yetirib, onlarla tələbəni isə həbs ediblər. Bundan sonra İranda tələbələrin hakimiyyətə qarşı kütləvi üsyanı başlayıb. Etirazlar bir həftədən çox çəkib və ölkənin bütün iri şəhərlərini əhatə edib. Bu gün səhər Tehran vilayətinin qubernatoru Murtuza Təməddün tələbələrin hakimiyyətə qarşı üsyanlarının 10-cu ildönümü günü aksiyaya çıxacaq şəxsləri hədələmişdi. minlərlə aksiyaçı İnqilab küçəsi istiqamətində Tehran Universitetinə doğru hərəkət edib. Küçə və meydanlardakı nəzarəti gücləndirən minlərlə dəyənəkli polis və mülki geyimli hökumət qüvvələri “Diktatora ölüm” şüarı verən aksiyaçıların universitetə yaxınlaşmasına mane olmaq və onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurmalarda bədən xəsarəti alanların sayı barədə hələlik konkret hər hansı məlumat yayılmasa da, yüzlərlə gəncin həbs edilərək bilinməz istiqamətə aparıldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar