SON XƏBƏRLƏR

Rəsmi Bakı Urumçidə başverənlərdən jiddi narahatdır

2021.10.20, 07:36
Rəsmi Bakı Urumçidə başverənlərdən jiddi narahatdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, XİN-in mətbuat katibi qeyd edib: "Ümid edirik ki, orada baş verənlər Çin xalqının və dünya dövlətlərinin maraqlarına uyğun olaraq tənzimlənəcək" Urumçidə uyğur türklərinin zorakılığa məruz qalmasından rəsmi Bakı da narahatdır. Azərbaycanın Xarici İşlər Nazirliyi ümid edir ki, Çində baş verən hadisələr Çin xalqının və dünya dövlətlərinin maraqlarına uyğun olaraq tənzimlənəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Urumçi ilə Azərbaycan arasında sıx əlaqələrin olduğunu nəzarə alaraq bildirib ki, iğtişaşlarda azərbaycanlılar ziyan çəkməyib. Bununla belə, nazirlik rəsmisi problemlə üzləşən vətəndaşlarımıza ölkəmizin Çindəki səfirliyinə müraciət etməyi məsləhət bilib. Bu arada Çin hökuməti Urumçi şəhərində qiyamda iştirak edənlərə sərt cəza verəcəyini, təşkilatçıları isə edam edəcəyini bildirib. Çinin Xarici İşlər Nazirliyi dünya dövlətlərinin etrazlarına cavab olaraq açıq şəkildə bəyan edib ki, Urumçidə baş verənlər ölkənin daxili işidir. Çin Uyğurları Cəmiyyətinin rəhbəri Erkin Elemenin ANS-ə verdiyi məlumata görə, bu gün də Urumçidə helikopterlərdən əhalini asayişə riayət etməyə çağıran bildirişlər atılıb: «Dünən axşamdan bəri hökumət 22 min əsgəri bölgəyə yeridib. Bütün küçələr əsgərlərlə doludur. Həyat yavaş-yavaş normallaşmağa başlayıb. Amma gərginlik də qalmaqdadır. Etnik qarşıdurmalara rəğmən Çin hökuməti helikopterlərlə kağız tullayır. Orada yazılır ki, çinlilərlə uyğurlar qardaşdır». Mülki şəxslərlə təhlükəsizlik qüvvələri arasında xırda toqquşmaların olduğunu deyən Erkin Elemenin sözlərinə görə, Urumçidə hələ də inamsızlıq mühiti hökm sürür: «Restoranlar yavaş- yavaş açılmağa başlayıb. Amma uyğurların dükanına çinlilər, çinlilərin dükanlarına isə uyğurlar girmir. Müştəri də yoxdur. Ciddi bir narahatçılıq var. Kaşqar şəhərində kiçik bir toqquşma olub. Amma polis tez ərazini nəzarətə alıb». ABŞ Dövlət Departamenti növbəti dəfə Sincan Uyğur vilayətində baş verən zorakılıq hallarını pisləyən bəyanat yayıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Yan Kelli Çində baş verən hadisələrə görə ciddi narahat olduğunu bildirərək tərəfləri zorakılıq hallarından uzaq durmağa çağırıb. O, həmçinin Çin rəhbərliyinin asayişi qanun çərçivəsində bərpa edəcəyinə ümid etdiklərini əlavə edib. Sincan Uyğur muxtar vilayətinin uyğur türklərinin tarixi vətəni olduğunu deyən amerikalı politoloqlar isə düşünürlər ki, rəsmi Pekin uyğurlara qarşı edilən zorakılığa son qoymalıdır. Amerikalı tarixçi Ceyms Koyl bildirib ki, 1949-cu ildən etibarən Sincan uyğur vilayəti öz müstəqilliyini tələb edir: «Lakin Çin hökuməti uzun illərdir ki, xan mənşəli çinliləri uyğur türklərinin yaşadığı bölgəyə yerləşdirmək siyasətini yürüdür və bununla da uyğurların müstəqil olmaq istəyinin qarşısını almağa çalışır. Amma Çin hökuməti bilməlidir ki, tarix heç nəyi unutmur». Qeyd edək ki, Urumçidə baş vermiş hadisələrə dünyanın bir çox yerlərində də əks-səda doğurub. Belə ki, etnik uyğurlar Paris və Sidneydə toplaşaraq Çinin qərbində baş verənlərə qarşı etiraz ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar