SON XƏBƏRLƏR

başnazir Ərdoğan uyğurlara qarşı olan vəhşilik məsələsini, G8 sammitində müzakirəyə çıxarılacağını bəyan edib

2021.10.20, 07:36
 başnazir Ərdoğan uyğurlara qarşı olan vəhşilik məsələsini, G8 sammitində müzakirəyə çıxarılacağını bəyan edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Çinin Sincan (Şərqi Türküstan) bölgəsində çinlilərlə uyğurlar arasında bir neçə gündür ki, qanlı qarşıdurmalar yaşanır. Çin hökuməti uyğurların ayağa qalxmasının arxasında Rabiya Qadirin durduğunu iddia edir. Hazırda ABŞ-da yaşayan Rabiya Qadir "uyğurların anası" kimi tanınır. Bu arada Qadirin Türkiyəyə gəlmək üçün viza istədiyi məlum olub. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan G-8 zirvə görüşündən əvvəl Türkiyədə jurnalistlərə verdiyi açıqlamada Rabiya Qadirin viza məsələsinə və Çinin Sincan bölgəsində baş verənlərə münasibət bildirib. ANS PRESS-in «İhlas»a istinadən verdiyi xəbərə görə, Ərdoğan Çinin Sincan uyğun muxtar vilayətində yaşanan hadisələrə toxunaraq qeyd edib ki, vəziyyət Türkiyə tərəfindən diqqət və narahatlıqla izlənilir. «Xarici işlər nazirliyi məsələ ilə əlaqədar Çin səfirini nazirliyə çağırıb. Çində uyğurlara qarşı baş verənlərin bir vəhşilik olduğunu söylədik. Vəhşiliyin təcili olaraq dayandırılmasının gərəkliyini bildirdik. Məsələni G-8 zirvə toplantısında müzakirə edəcəyəm. Belə bir vəhşiliyə seyrçi qalmağımız mümkün deyil», - deyə o vurğulayıb. Rəbiya Qadirin Türkiyədən viza istəməsinə gəldikdə isə Ərdoğan bildirib ki, bunun üçüm çüvafiq qaydada müraciət olunmalıdır: "Mənə belə bir məlumat, müraciət gəlməyib. Xarici işlər nazirliyinə müraciət edildiyini indi öyrəndim. Müraciət edilərsə, biz viza verərik".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar