SON XƏBƏRLƏR

İranda alınan yalançı etiraflara beynalxalq təşkilatlar inanmır

2021.10.20, 07:36
İranda alınan yalançı etiraflara beynalxalq təşkilatlar inanmır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Human Rayts Votç” beynəlxalq insan haqları təşkilatı bəyanat yayaraq İran rəsmilərini seçki məhbuslarını televiziyaya çıxararaq təzyiq altında yalançı etiraflar almaqda günahlandırıb. Son günlər 12 iyun prezident seçkisindəki saxtakarlıqlara etiraz olaraq dinc aksiyalara qatıldıqları üçün tutulanların bəziləri İran Dövlət Televiziyasına çıxarılaraq xarici ölkələrin, BBC və “Amerikanın səsi” kimi telekanalların təhriki ilə şüurlu olaraq milli təhlükəsizliyə qarşı çıxdıqlarını, xuliqanlıqla məşğul olduqlarını etiraf edirlər. bəyanatda deyilir: “Hökumət müstəntiqləri tutulanları kobud istintaq şəraitində fasiləsiz dindirir, onları döyür, təhqirə məruz qoyur, ac və yuxusuz saxlayaraq ekran qarşısında yalançı etiraflara məcbur edirlər”. Təşkilatın Orta Şərq və Şimali Afrika bölməsinin direktoru Sara Li Vitson isə jurnalistlərlə görüşündə hökumətin öz xalqına qarşı repressiyasından danışıb: “İran hökuməti təzyiq altında aldığı bu yalançı etiraflarla dinc aksiyaçılara qarşı təzyiq və zorakılıqlarına haqq qazandırmağa çalışır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar