SON XƏBƏRLƏR

“G8” İranla bağlı deklarasiya qəbul etdi

2021.10.20, 07:36
“G8” İranla bağlı deklarasiya qəbul etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Böyük səkkizlik” dövlətlərinin liderləri İtaliyada keçirilən sammit zamanı İrandakı vəziyyətlə bağlı birgə deklarasiya hazırlayıblar. liderlər ölkədə yaranan siyasi böhrandan “dərin narahatlıq” keçirdiklərini ifadə ediblər. Deklarasiyada qeyd edilir ki, “G8” ölkələri İran hakimiyyətinin kütləvi iğtişaşlara və polisin nümayişçilərlə qanlı toqquşmalarına gətirib çıxaran addımlarını pisləyir, eləcə də Tehranı xarici ölkə vətəndaşlarına repressiyalara son qoymağa çağırır. Dünya liderləri İran hökumətini nüvə problemi məsələsində də beynəlxalq ictimaiyyətlə əməkdaşlığa dəvət edərək, BMT qətnamələrinə tabe olmağı tələb ediblər. Bununla yanaşı, sənəd Tehrana qarşı hər hansı qəti addımların atılmasını nəzərdə tutmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar