SON XƏBƏRLƏR

Çin səfirliyi qarşısında qardaş uyğurlara dəstək aksiyası keçiriləcək

2021.10.20, 07:36
Çin səfirliyi qarşısında qardaş uyğurlara dəstək aksiyası keçiriləcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Müsavat Partiyası Çin Xalq Respublikasının Urumçi şəhərində və digər bölgələrdə uyğur türklərinə qarşı son günlər həyata keçirilən qətliamlara və zorakılıqlara etiraz əlaməti olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirmək qərarına gəlib. Partiya piketi sanksiyalaşdırması üçün bu gün Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. 50 nəfərin iştirak edəcəyi aksiyanı iyulun 14-ü saat 12-də keçirmək nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar