SON XƏBƏRLƏR

TÜRKün TÜRKdən başqa dostu yox. Türkiyə Çinə qarşı təzyiqlərə başladı

2021.10.20, 07:36
TÜRKün TÜRKdən başqa dostu yox. Türkiyə Çinə qarşı təzyiqlərə başladı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ərdoğan rəsmi Pekindən vəhşəti dayandırmağı tələb etdi Türkiyədə Çin mallarını boykot kampaniyasına start verildi Çin Xalq Respublikasının Sincan-Uyğur muxtar bölgəsində iyulun 5-də başlayan kütləvi iğtişaş davam edir. Urumçu şəhərində minlərlə xan mənşəli çinli qəssab bıçaqları, qalın zopalar və iti dəmirlər götürərək uyğur ovuna çıxıb. Onlar “Uyğurları yox edin!”, “Güc birlikdədir!” şüarları qışqıraraq uyğurlara məxsus dükanlara və evlərə hücum ediblər. Polis gözyaşardıcı qazdan istifadə edərək bir neçə saat sonra kütləni dayandıra bilib. Yaşı 16-dan yuxarı olan uyğur gənclərinin və kişilərinin həbs olunduğu bildirilir. Uyğur qadınlarının etiraz aksiyası keçirməsinə icazə verilmir. “Reuters”ə açıqlama verən Maliyə adlı qadın “həyat yoldaşımı polis gəlib apardı, səbəbini də söyləmədi”, deyib. Əbdül Əli adlı 20 yaşlı gənc də səbəbsiz yerə həbs edildiklərini söyləyib: “Üç qardaşımı və bir bacımı həbs etdilər. İndi müqavimət vaxtıdır”. Muxtar bölgənin Kaşqar şəhərində etiraz aksiyası keçirmək istəyən uyğurların da qarşısı polis tərəfindən alınıb. Bölgədə telefon və internet xətləri kəsilib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Çinin Sincan-Uyğur muxtar vilayətində baş verən qanlı olaylara münasibət bildirib. Ərdoğan hadisələri üzüntü və narahatlıqla izlədiklərini bəyan edib: “Türkiyədə yaşayan uyğur qardaşlarımızın və bu acını ürəyində hiss edən xalqımızın haqlı olaraq bu hadisələrə etirazını ortaya qoyduğunu görürük. Biz uyğur qardaşlarımızı tarix boyunca normal əlaqələrimizin olduğu Çinlə aramızda körpü kimi görmüşük. Vəhşətin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Biz 2009-2010-cu illər üçün BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvüyük. Bu olaylarla bağlı üzərimizə düşən vəzifəni orada da yerinə yetirəcəyik”. Dünən Çin Xalq Respublikasının Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ondan hadisələr haqqında məlumat istənilib. Türkiyənin olaylardan ciddi narahatlıq duyduğu və buna səssiz qalmasının mümkün olmadığı diplomatın nəzərinə çatdırılıb. Rəsmi Ankara günahkarların dərhal yaxalanaraq cəzalandırılmasını istəyərək Çinə uyğur xalqı ilə türk xalqı arasında qohumluq əlaqəsinin olduğu, bu səbəblə türk xalqının uyğurların ağrı-acılarını bölüşdüyü mesajını verib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə faciəni islam dünyasının diqqət mərkəzinə gətirmək üçün önəmli addım atıb. İstanbulda keçirilən Türkiyə - Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin toplantısında qəbul olunan birgə Bəyannaməyə Çindəki hadisələrdən narahatlıq ifadə olunan cümlələr daxil edilib. Ə. Davudoğlu İslam Konfransı Təşkilatının baş katibi, türkiyəli Ekmələddin İhsanoğlu ilə görüşərək ondan İKT-ni də hərəkətə keçirməsini istəyəcək. Nazirin çinli həmkarı ilə telefon əlaqəsi yaradacağı da xəbər verilir. Türkiyə İstehlakçılar Birliyinin sədr müavini Mustafa Dinc Çində uyğur türklərinin kütləvi şəkildə qətlə yetirilməsi ilə əlaqədar əhalini Çin mallarını boykot etməyə çağıracaqlarını açıqlayıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, M. Dinc Sincan-Uyğur muxtar bölgəsində Çin təhlükəsizlik qüvvələri tərəfindən yüzlərlə uyğurun öldürülməsinin qəbuledilməz olduğunu bildirib: “Çin getdikcə artan iqtisadi gücünə arxalanaraq dünyanın gözü önündə kütləvi qətllər həyata keçirir. Yetmiş milyonluq Türkiyə olaraq kimsə bizdən insanlığa qarşı cinayətlərə səssiz qalmağımızı gözləməsin”. M. Dinc Türkiyədə istehlakçı şüurunun getdikcə inkişaf etdiyini və daha öncə ölkədə Fransa, İsrail və Danimarka mallarına qarşı boykot kampaniyasının uğurla nəticələndiyini söyləyib: “İndi də Çini protest etməyə hazırlaşırıq. Çindən gələn hər məhsulun üzərində “Made in China” və ya “Made in P.R.C.” yazılıb. Onsuz da ölkəmizdə istehlakçılar ucuz, keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədən Çin mallarından bezib. Çinin uyğur bölgəsində həyata keçirdiyi qətllərin cavabını iri miqyaslı boykotla verəcəyik. Çünki bu gün dünyada müharibələr iqtisadi sahədə gedir. Türkiyədə satışları azaldıqdan sonra Çinin nə edəcəyini görəcəyik. Bu aksiya ilə ölkəmizdə Çin mallarının istilasına uğramış sektorlara da güc qazandıracağıq. İstehlakçılar yerli mal almaqla öz iqtisadiyyatlarına da töhfə vermiş olacaqlar”.hürriyet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar