SON XƏBƏRLƏR

Sarkisyan Təbrizdə doğulmuş ermənini İrana səfir təyin edib

2021.10.20, 07:36
Sarkisyan Təbrizdə doğulmuş ermənini İrana səfir təyin edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyanın iyulun 7-də imzaladığı sərəncama əsasən, Karen Nazaryan Ermənistanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. S.Sərkisyanın bir başqa sərəncamı ilə Qriqor Arakelyan Ermənistanın İranda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Q.Arakelyan 1948-ci il martın 14-də Təbrizdə anadan olub. Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin iranşünaslıq bölməsini bitirib. 1980-1991-ci illərdə Ermənistan Elmlər Akademiyasında elmi işçi olub. 1992-ci ildən Ermənistan Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 1996-cı ildə Ermənistan Xarici İşlər Nazirliyinin Yaxın və Orta Şərq ölkələri üzrə idarəsinə rəhbərlik edib. 1996-1999-cu illərdə Ermənistanın İrandakı səfirliyində məsləhətçi işləyib. 2007-2009-cu illərdə səfir təyin edilənədək Ermənistanın İrandakı səfirliyində fövqəladə nümayəndə və səlahiyyətli nazir olub (Fövqəladə nümayəndə və səlahiyyətli nazir - diplomatik vəzifədir və öz statusuna görə fövqəladə və səlahiyyətli səfir vəzifəsindən bir rütbə aşağıda gəlir). Arakelyan rus, fars, türk və ingilis dillərini bilir. Evlidir, iki övladı var.m.forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar