SON XƏBƏRLƏR

Türkiyə-Çin dostluq qrupundan Millətçilər istifa verib

2021.10.20, 07:36
Türkiyə-Çin dostluq qrupundan Millətçilər istifa verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumat görə, "Türk millətini dəhşətə düşürən bu hadisələr qarşısında dostluq qrupunda qalmağın heç bir mənası qalmadığı qənaətindəyik"(MHP) Türkiyədə Milliyyətçi Hərəkat partiyasının (MHP) üzvləri Türkiyə-Çin parlamentlərarası dostluq qrupundan istefa verib. ANS PRESS,“CNN Türk”ə istinadən xəbər verir ki, MHP-nin parlamentdəki qrupunun rəhbəri Oqtay Vural məclis spikerinə yazdığı məktubda partiyasındakı bütün millət vəkillərinin dostluq qrupundan istefa verdiyini bildirib. Oqtay Vural həmçinin məktubda, Çində uyğur türklərinə qarşı tətbiq edilən təzyiq və zorakılıq hallarının kütləvi soyqırımı səviyyəsinə çatdığını yazıb: “Türk millətini dəhşətə düşürən bu hadisələr qarşısında dostluq qrupunda qalmağın heç bir mənası qalmadığı qənaətindəyik”. Məktubda Türkiyə-Çin parlamentlərarası dostluq qrupundan istefa verən millət vəkillərinin adları da yazılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar