SON XƏBƏRLƏR

Möhsün Məxməlbaf : XALQ ƏHMƏDİNEJADLA XAMNEYİNİN GİROVUNDADIR

2021.10.20, 07:36
Möhsün Məxməlbaf : XALQ ƏHMƏDİNEJADLA XAMNEYİNİN GİROVUNDADIR

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvinin Avropadakı nümayəndəsi, dünya şöhrətli kinorejissor Möhsün Məxməlbaf iyulun 8-də Avropa Parlamenti Xarici Əlaqələr Komissiyasının fövqəladə iclasında çıxış edib. İrandakı seçki sonrası olayları, hökumətin seçki saxtakarlıqlarına etiraz bildirən vətəndaşlara zorakılığını pisləyən kinorejissor Avropa ölkələrini Əhmədinejad hökumətinin legitimliyini tanımamağa çağırıb. M.Məxməlbaf prezident Əhmədinejad hökumətinin dünya sülhünə bir təhlükə sayıldığını deyib: “Mən demokratiya uğrunda apardığı dinc mübarizəyə görə öldürülən, təzyiq, həbs və repressiyalara məruz qalan İran xalqının nümayəndəsi kimi sizin qarşınızda çıxış edirəm. Sizcə, bir terrorçu təyyarəni sərnişinləri ilə birlikdə girov götürsə, dünya ölkələri terrorçunu himayə etməlidir, yoxsa girov götürülmüş sərnişinləri? Sizcə, dünya ölkələri bunun terrorçu ilə sərnişinlər arasında olan daxili problem olduğunu deyəcəklər, yoxsa sərnişinləri təhlükədən qurtarmaq üçün hərəkətə keçəcəklər? Bu gün İran xalqının da durumu belədir. Əhmədinejadla Xamneyi İran xalqını girov götürüblər. Girov götürülmüş İran xalqının sizdən istəyi budur ki, Əhmədinejad hökumətini tanımayasınız. Çünki bu gün İran xalqının üstünə tuşlanan silah sabah bütün dünyanı təhdid edəcək. Əhmədinejadın qanunsuz çevrilişi təkcə İrandakı demokratiyaya qarşı deyil, o, sabah dünya sülhünü təhlükəyə salacaq. Bu gün İran xalqının qırğınını ona güzəştə getsəniz, sabah dünya xalqlarının qırğını qarşısında nə edəcəksiniz?” Kinorejissor seçkidəki saxtakarlığa qarşı dinc etirazların, demokratiya uğrunda sivil mübarizənin davam edəcəyini vurğulayıb: “Seçki nəticəsinə dinc etiraz bildirən onlarla vətəndaş qətlə yetirilib, yüzlərlə insan yaralanıb, minlərlə aksiyaçı isə həbsə atılaraq işgəncəyə məruz qalıb. Lakin bu qədər qətl, həbs və işgəncədən sonra güman etməyin ki, xalq hərəkatı bitib. Hərbi çevriliş nəticəsində iş başına gələn hökumətə qarşı hərəkat xalqın gündəlik fəaliyyətinə çevrilib. Xalqın sivil mübarizəsi bu hökuməti süquta uğradacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar