SON XƏBƏRLƏR

TÜRK ORDUsuna yeni duzaq. AKPçı parlamentarlar onayladı, GÜL isə təsdiqlədi

2021.10.20, 07:36
TÜRK ORDUsuna yeni duzaq. AKPçı parlamentarlar onayladı, GÜL isə təsdiqlədi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qanun hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası tərəfindən irəli sürülmüşdü. Türkiyə Prezidenti Abdulla Gül yeni mübahisəli qanunvericiliyə imza atıb. Yeni qanun mülki məhkəmələrə, milli təhlükəsizliyə təhlükə yaradan və yaxud mütəşəkkil cinayətkarlıqda əli olan istənilən hərbi personalı istintaqa cəlb etmək icazəsi verir. Bu qanun hakimiyyətdə olan, baş nazir Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi Ədalət və İnkişaf Partiyası tərəfindən irəli sürülmüşdü. Türkiyə hərbisi isə belə bir qanunun əleyhinə çıxır. Bu qanun həm də hərbi məhkəmələrin mülki şəxsləri müharibə olmayan şəraitdə istintaqa cəlb etməsinə qadağa qoyur. Cənab Gül deyib ki, qanunvericilik Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün mühüm bir addımdır. 1960-cı ildən bəri dörd hökuməti devirmiş Türkiyə hərbisi özünü ölkənin dünyəvi konstitusiyasının keşikçisi hesab edir. Ordu bu qərarla bağlı hələlik reaksiya verməsə də, Frans Pres agentliyi xüsusi mənbəyə istinadən yazır ki, hərbi heyətdə qanunun bəzi aspektlərinə dair narahatlıq var və onlar öz fikirlərini prezidentin hüquq departamentinə təqdim ediblər. Bu barədə başqa təfərrüatlar açıqlanmayıb. Türkiyədə dərc olunan qəzetlər yazıb ki, Türkiyə ordusu bu qanunun konstitusiyaya zidd olduğuna inanır və onun hərbi və mülki prokurorlar arasında münaqişə yaradacağından narahatdır. AKP 2002-ci ildə hakimiyyətə gələndən bəri ordu ilə iqtidar arasında tez tez mübahisələr baş verir. Ordu AKP-nin dünyəvi Türkiyədə dini rejim yaratmağa çalışdığından şübhələnir. CHP Konstitusiya Məhkəməsinə müraciət edəcək Türkiyənin ingiliscə nəşr olunan Today's Zaman qəzeti yazır ki, hökumət prezidentə bu qanunun əhəmiyyətini əsaslandıran 47 səhifəlik hesabat göndərib. Hesabatda Avropa Birliyi və Avropa Məhkəməsinin Türkiyə hərbi tribunallarını tənqid etməsi vurğulanır. Avropa Birliyi Türkiyənin təşkilata üzvlüyü üçün nə qədər proqres əldə etməsini göstərən 2008-ci il hesabatında yazıb ki, Türkiyə hərbi tribunalları ölkənin təcili həllə ehtiyacı olan problemlərindəndir və Türkiyə hərbi məhkəmələrlə problemlərini həll etməyə söz verib. Today's Zaman qeyd edir ki, Avropa standarlarına uyğunlaşmaq məqsdəi daşıyan qanunu çoxları müdafiə edir. Ancaq Türkiyənin əsas müxalifət partiyası olan Respublikaçı Xalq Partiyası (CHP) bəyan edib ki, o qərarın ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək. Partiyanın sədr müavini Onur Öymən deyib ki, Prezidentin qanunu təsdiqləməsi yanlış addım idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar