SON XƏBƏRLƏR

HİLLARİ KLİNTON dünya ölkələrini, İrana qarşı ağır sanksiyalara çağırır

2021.10.20, 07:36
HİLLARİ KLİNTON dünya ölkələrini, İrana qarşı ağır sanksiyalara çağırır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dövlət katibi Hillari Klinton iyulun 7-də jurnalistlərə açıqlamasında dünya ölkələrini İrana qarşı sanksiyaları gücləndirmək üçün ABŞ-la əməkdaşlığa çağırıb: “Əməkdaşlıq İranı öz rəftarını dəyişdirməyə məcbur etmək üçün vacibdir”. İranda iyunun 12-də keçirilmiş prezident seçkisindəki saxtakarlıqlara qarşı etirazlara toxunan Klinton ABŞ-ın avropalı müttəfiqlərinə də mesaj göndərib: “Öz xalqının nifrətini qazanmış hakimiyyətlə müttəfiqlik ağıllı siyasət deyil”. Klinton İran rəhbərliyinin öz xalqına qarşı repressiyalar apardığını, onlara zorakılıq nümayiş etdirdiyini deyib: “Biz son həftələrdə gördük ki, İran rəhbərliyi öz qanunlarına da hörmətlə yanaşmır. Onlar dinc etiraz aksiyası keçirən öz vətəndaşlarına qarşı zorakılıq nümayiş etdirdilər”. Dövlət katibi nüvə silahına yiyələnmiş İranın Orta Şərqdə və dünyanın digər bölgələrindəki sabitliyi pozacağını, sülhü tamamilə təhlükəyə salacağını vurğulayaraq Tehranın nüvə sahəsindəki fəaliyyətini dayandırmaq üçün ABŞ-la avropalı müttəfiqlərinin sıx əməkdaşlığını vacib saydığını bildirib.m.forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar