SON XƏBƏRLƏR

elektrik aksiyasi

2021.10.20, 07:36
elektrik aksiyasi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İyunun 12-də keçirilmiş seçkinin qalibi elan olunmuş prezident Mahmud Əhmədinejad bu gün yerli vaxtla saat 21:45-də İran Dövlət Televiziyasında canlı çıxış edəcək. Seçkinin nəticəsinə etiraz edən ictimai-siyasi fəallar internet səhifələrində yaydıqları çağırışlarda əhalini Əhmədinejadın çıxışına mane olmağa səsləyiblər. Onlar müxtəlif elektrik cihazlarının eyni zamanda şəbəkəyə qoşulması, bütün işıqların yandırılması ilə elektrik sisteminin iflic olunmasını düşünürlər. çağırışda bildirilir ki, milyonlarla vətəndaşın etiraz olaraq işığı su kimi içən ütü, soba və digər cihazları eyni vaxtda şəbəkəyə taxması ölkənin elektrik sisteminə xələl gətirə, Əhmədinejadın qalib kimi çıxış etməsinə mane ola bilər. Çağırışda vətəndaşların daha sonra damlara çıxaraq son üç həftədə olduğu kimi “Allahu əkbər” və “Diktatora ölüm” şüarları səsləndirəcəyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar