SON XƏBƏRLƏR

iran adlanan yerdə mesaj göndərmə(SMS) xidməti yenidən dayandırılıb

2021.10.20, 07:36
iran adlanan yerdə mesaj göndərmə(SMS) xidməti yenidən dayandırılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İyulun 6-dan İranda mobil telefonla SMS göndərmək xidməti yenidən dayandırılıb. İyunun 12-də keçirilən prezident seçkisindən sonra güclənən etiraz aksiyaları zamanı SMS şəbəkə xidməti dayandırılmış və yalnız 4 gün əvvəl bu xidmətin fəaliyyəti bərpa olunmuşdu. Məlumata görə SMS xidmətinin dayandırılması bu dəfə İranda hakimiyyətə qarşı tələbə üsyanlarının 10-cu ildönümünə təsadüf edir. Tələbə təşkilatlarının fəalları və prezident seçkisinin nəticələrinə etiraz edən bir sıra ictimai-siyasi qurumların nümayəndələri bir neçə gündür vətəndaşlara onları tələbə üsyanlarının 10-cu ildönümü günü - iyulun 9-da aksiyalara çıxmağa çağıran SMS-lər yollayırdılar. SMS xidmətinin bağlanması bununla əlaqələndirilir. Rəsmilər şəbəkə fəaliyyətinin birdən-birə dayandırılmasının səbəbləri barədə mətbuata hər hansı açıqlama verməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar