SON XƏBƏRLƏR

Urumçidə toqquşmalar zamanı 840 nəfər ölüb - FOTOLENT . Bölgədə toqquşmalar yenidən bərpa olunub

2021.10.20, 07:36
Urumçidə toqquşmalar zamanı 840 nəfər ölüb - FOTOLENT . Bölgədə toqquşmalar yenidən bərpa olunub

Gunaz.tv
GÜNAZ.TV mətnuat mərkəzinin "lent.az"a istinadən yaydığı məlumata görə, Sitzyan-Uyğur muxtar rayonunun Urumçi şəhərində toqquşmalar nəticəsində 840 nəfər öldürülüb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya uyğur Konqresinin nümayəndəsi bildirib. Rəsmi məlumatlara görə, toqquşmalar zamanı 158 nəfər ölüb. Daha min nəfərin yaralandığı bildirilir. Bundan əlavə, rəsmi məlumatda uyğurların xan millətinə (çinlilər) hücum etdikləri iddia olunur. Pekin artıq Urumçidə iğtişaşların yatırıldığını, 1,4 min adamın tutulduğunu bildirir. Digər məlumatlarda isə aksiyaların yenidən bərpa olunduğu vurğulanır. Uyğurlar və çinlilər taxta və dəmir dəyənəklər, daşlarla silahlanırlar. Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edir. Ümumdünya uyğur Konqresinin nümayəndəsi bildirib ki, tibb universitetinin 40-dan çox tələbəsi xüsusi amansızlıqla qətlə yetirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar