SON XƏBƏRLƏR

Serj Sarikisyan etiraf edib ki, işğal etdikləri ərazilər ermənilərə aid deyil

2021.10.20, 07:36
Serj Sarikisyan etiraf edib ki, işğal etdikləri ərazilər ermənilərə aid deyil

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan azərbaycanlı ziyalılarla görüşdə maraqlı və ölkə ictimayyəti üçün yeni faktlar səsləndirib. Erməni lideri etiraf edib ki, işğal etdikləri ərazi onlara aid deyil. «Mən bilirəm ki, xalqlarımız arasında böyük problemlər var. 100 faiz həm Azərbaycan, həm də erməni xalqı istəyir ki, bu problemlər həll olunsun. Mən həm 1993, 1995, 1998 və 2002-ci illərdə də deyirdim ki, Ağdam bizim olmayıb. Bunu onda da anlayırdım. İndi də anlayıram», - deyə Serj Sarkisyan bu kəlmələri Azərbaycan nümayəndə heyəti ilə İrəvanda keçirdiyi görüşdə deyib. Ermənistan prezidentinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi yeni fikirlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu münasibət açıqlayıb. Görüşdə özü də iştirak edən və bu səfərin təşkilatçılarından biri olan Bülbüloğlunun sözlərinə görə, Serj Sarkisyan digər məqamlara da toxunub: «Çox maraqlı məsələlərdən birinci o idi ki, münaqişə sülhlə həll olunmalıdır. 15 ildir gedən danışıqlar 15 gün gedən müharibədən yaxşıdır. Sarkisyan həmçinin etiraf edib ki, işğal etdikləri ərazi onlara aid deyil". Polad Bülbüloğlunun fikrincə, bu fakt Dağlıq Qarabağ və İrəvana azərbaycanlı deputatların səfər etməsinin əhəmiyyətinin ən nümunəvi göstəricisidir. Çünki indiyə qədər biz Serj Sarksiyanın dilindən belə fikirlər eşitməmişik. Bülbüloğlunun sözlərinə görə, Ermənistan prezidenti görüşdə digər etiraflar da edib: «Deyib ki, hər iki tərəfin ədalətli qərarlar verməsi lazımdır, amma hər kəsin ədalətli qərarı özünə görədir». Serj Sarkisyan Azərbaycanda 30 minə yaxın erməninin yaşaması faktını da təsdiq edib. Bundan başqa Polad Bülbüloğlu bildirib ki, artıq ikinci dəfədir ki, reallaşdırılan səfərlərin prezidentin verəcəyi qərarlara aidiyyatı yoxdur: "Prezident deyir ki, danışıqlar nəticə verməsə, onda biz ayrı yolu seçəcəyik. O siyasət tamam başqa, bizim səfərimiz isə ayrıdır". Səfərin təşkilatçılarından olan Polad Bülbüloğlu səfər ərəfəsi və sonrası həm kütləvi informasiya vasitələrində, həm də cəmiyyətdə yaranan bəzi neqativ yanaşmalara da münasibət bildirib: «Bizi tənqid edənlərə demək istəyirəm ki, onlar bizim vətəndaşlarımızdır. Biz əgər bir yerdə yaşamaq istəyiriksə, onda gedib onların halını soruşmalıyıq». Politoloq Eldar Namazov isə Dağlıq Qarabağ danışıqlarının indiki mərhələsində erməni rəhbərindən belə bəyənatın gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, vaxtı ilə Ermənstan xarici işlər naziri olmuş Vardan Oskanyan da Dağlaq Qarabağ əhalisinə xitabən bildirmişdi ki, işğal olunmuş ərazilərdən çıxmaq lazımdır. Namazovun sözlərinə görə, münaqişənin mərhələli həll olunacağını və işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılacağını dünya ictimaiyyəti də, Ermənistan da yaxşı bilir. Belə bəyanatlar isə Ermənistan ictimaiyyətini Azərbaycan torpaqlarını işğaldan azad etmək prosesinə hazırlıq məqsədi daşıyır. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar