SON XƏBƏRLƏR

Əhməd Davutoğlu Uyğuristanda baş verənlərə münasibət bildirib

2021.10.20, 07:36
Əhməd Davutoğlu Uyğuristanda baş verənlərə münasibət bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Türkiyənin xarici işlər naziri bölgədə barış və sakitliyin yenidən bərpa edilməsinə çağırıb Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə baş verən hadisələri kədər və narahatlıqla izlədiklərini bildirib. Nazir hadisəyə səbəb olan insanların tezliklə tapılması üçün lazımlı işlərin görülməsinə çağırıb. ANS PRESS-in "Haberler.com"a istinadən verdiyi məlumata görə, Ə.Davutoğlu iki gündür Çində yaşanan uyğur türklərinin öldürülməsi və uyğur bölgəsindəki hadisələrlə bağlı aşıqlamasında narahatlığını ifadə edib. Urumçidə polisin müdaxiləsi nəticəsində 150 nəfərin öldürüldüyünü, 800 nəfərin isə yaralandığını bildirən nazir, hadisənin səbəbkarlarının tezilklə müəyyən edilməsinə, bölgədə barış və sakitliyin yenidən bərpa edilməsinə çağırıb. Türkiyənin baş verənləri yaxından izlədiyini deyən Davutoğlu, «Çin ilə münasibətlərimiz son dövrdə yaxşı vəziyyətdədir. Ümid edirik ki, bu cür də davam edəcək. Bölgədə həyata keçiriləcək sakitçilik üçün hökumət olaraq səy göstərməyə hazırıq».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar