SON XƏBƏRLƏR

Uyğurların qətlamı, Çin prezidəntinin İtaliya səfərini yarımçıq qoydu

2021.10.20, 07:36
Uyğurların qətlamı, Çin prezidəntinin İtaliya səfərini yarımçıq qoydu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Çin Prezidenti Hu Jintao Böyük səkkizlərin İtaliyada keçirilən sammitində iştirak etməyəcək. O, səfərini yarımçıq qoyaraq ölkəyə qayıdıb. Çünki Çinin uyğurlar yaşayan Sincan əyaltəində vəziyyət gərgin olaraq qalır. Çinin dövlət xəbərlər agentliyi məlumat verib ki, Prezidentin bu hərəkəti Sinacanda olan vəziyyətə cavabdır. Bazar günü Sincan əyalətinin paytaxı Urumçidə müsəlman uyğurlar və han çinliləri arasında baş vermiş toqquşmalar zamanı 150 adam ölmüşdü. Dünən şəhərdə yenidən zorakılıq halları baş verib və komendant saatı elan olunub. Çinin xarici işlər nazirliyi Dünya Uygur Konqresinin Amerikada yaşayan lideri Rəbiyə Kaderi hadisələri qızışdırmaqda ittiham edib. Amerikanın dövlət katibi Hillari Klinton Urumçidə baş vermiş hadisələr nəticəsində ölən və yaralananların olmasından dərin narahatlıq keçirdiyini deyib. O, tərəfləri sakitliyə çağırıb və deyib ki, regionla bağlı faktlar və vəziyyət müzakirə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar