SON XƏBƏRLƏR

Türk Dövlətləri PA-nın daimi katibliyi Bakıda yerləşəcək

2021.10.20, 07:36
Türk Dövlətləri PA-nın daimi katibliyi Bakıda yerləşəcək

Gunaz.tv
Azərbaycan prezidenti Türkiyə, Qazaxıstan və Qırğızıstanın xahişinə razılığını bildirib Dünən Milli Məclisdə yaz sessiyasının və növbədənkənar sessiyanın yekunlarıyla bağlı mətbuat konfransı keçirildi və jurnalistləri maraqlandıran suallar cavablandırıldı. Hərbi doktrinanın qəbulunun yubanmasıyla bağlı sualı cavablandıran Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə dedi ki, bu məsələ prezidentin nəzarətindədir və sənədin hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb: "Hərbi doktrinanın payız sessiyasında qəbulu mümkündür. Ancaq bu gün də hərbi doktrinada yer alacaq bir çox prinsiplər reallıqda tətbiq olunur. Hərbi doktrinada ərazi bütövlüyü, potensial düşmənin müyəyyənləşdirilməsi, beynəlxalq hərbi əməkdaşlıq kimi məsələlər yer alacaq". "Təhsil haqqında" qanun attestat probleminə son qoyacaq Jurnalistlər orta məktəblərdə buraxılış imtahanları, attestat almayan tələbələrin problemilə bağlı da sual ünanladılar. Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bu problemin "Təhsil haqqında" yeni qanunun qəbulundan qaynaqlanmadığını söylədi: "Problemin səbəbi odur ki, zəif bilikli şagirdlər 9-cu sinifdən 10 və 11-ci sinfə keçiblər. Yeni qanun qüvvəyə minəndən sonra belə problem olmayacaq". Qeyd edək ki, parlamentin son iclasında spiker Oqtay Əsədov millət vəkillərinin təklif və xahişlərini nəzərə alaraq təhsil naziri Misir Mərdanovla attestat almaqdan məhrum olan şagirdlər üçün təkrar imtahan keçirilməsilə bağlı müzakirə aparılacağını vəd etmişdi. Ancaq Şəmsəddin Hacıyev bu məsələdən söz açmadı. Milli Məclisin İcra Aparatının rəhbəri Səfa Mirzəyev sentyabrın sonunda Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TD PA) ilk sessiyasının keçiriləcəyini nəzərə çatdırdı. Sessiyada qurumun nizamnamə layihəsi, təşkilati və digər məsələlər müzakirə olunacaq. O da məlum oldu ki, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xahişiylə Türk Dövlətləri PA-nın daimi fəaliyyət göstərən katibliyi Bakıda yerləşəcək. Bununla bağlı Azərbaycan prezidenti də razılığını bildirib. Ali təhsilsiz baş redaktor olmayacaq Media təmsilçiləri "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna son əlavə və dəyişikliklərlə də maraqlandılar. Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov dedi ki, mətbu orqanın təsisçisi ali təhsilli olmaya da bilər. Ancaq profesional fəaliyyətlə məşğul olduğu üçün redaktorun ali təhsilli olması vacibdir: "Kənd təsərrüfatıyla bağlı qəzet nəşr olunursa, onun redaktorunun mütləq ali jurnalist təhsilli olması vacib deyil. Kənd təsərrüfatı sahəsində ali təhsili olan yaradıcı şəxs ola bilər". Komitə sədri müstəqilliyimizin ilk illərində jurnalistikada profesionallıq səviyyəsinin aşağı olmasıyla barışmaq mümkün olsa da, artıq redaktorlarla bağlı tələblərin sərtləşdirilməsinin məntiqli olduğunu vurğuladı: "Bu qanunun tələbi 10-15 il əvvəl redaktor fəaliyyətinə başlayanlara da şamil olunacaq". O, Ədliyyə Nazirliyinə ali təhsilli olması barədə yalan məlumat verən qəzet redaktorunun məhkəmə qarşısında cavab verməli olacağını bildirdi. "Siyasi partiyalar haqqında" qanun qarşısındakı əngəllər Vitse-spiker Bahar Muradova "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulunun nədən gecikməsinə aydınlıq gətirdi. Qeyri-hökumət təşkilatları haqqında qanuna əlavə və dəyişikliklərin ajiotaj yaratmasını, müzakirələr nəticəsində razılaşdırılmış variantın qəbul edildiyini xatırladan Bahar Muradova "Siyasi partiyalar haqqında" qanunun daha böyük ziddiyyətlərə yol açacağına əmindir: "Zaman yetişməkdədir. Biz payız sessiyasında da müzakirə aparacağıq. Ancaq bununla bağlı qanunun qəbul olunacağını birmənalı söyləmək çətindir. Qanunun qəbulunu istəyənlər də müzakirələr zamanı "kimlərsə represiya aparatını işə salır" deyəcəklər". Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov baş prokuror haqqında qanuna əlavə və dəyişikliklər paketinin payız sessiyasında müzakirəyə təqdim olunacağını dilə gətirdi. Xatırladaq ki, bununla bağlı təşəbbüsün müəllifi BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdir. Əli Hüseynov millət vəkilinin arqumentinin kifayət qədər ciddi olduğunu vurğuladı: "Sadəcə, prezidentin korrupsiyaya qarşı mübarizəylə bağlı fərmanı olub. Bu fərmandan da irəli gələn bir sıra məsələlər vardı. Ona görə də bunları ümumiləşdirərək payız sessiyasında müzakirəyə çıxarmağı məqbul saydıq". "Ombudsman müdafiə naziri kimi mühüm vəzifə sahibi deyil" Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev yaz sessiyasında müzakirəsi qalmaqallı keçmiş, gündəlikdən çıxarılmış "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılacağı barədə məlumat verdi: "Biz bir neçə müsəlman ölkəsinin bu sahədə təcrübəsini öyrənirik. Türkiyə və İranın təcrübəsi artıq öyrənilib". Qeyd edək ki, artıq ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb. Ancaq parlament yay tətilindədir, preziddent də prosedura uyğun üç namizəd irəli sürməyib. Milli Məclisin İcra Aparatının rəhbəri Səfa Mirzəyev dedi ki, narahatçılığa əsas yoxdur, ombudsman müdafiə naziri kimi mühüm vəzifə sahibi deyil: "Onlar öz işlərini aparacaqlar. Yəqin ki, payız sessiyasında prezident 3 namizəd verəcək, onlardan biri də seçiləcək". Əli Hüseynov da məsələyə münasibətini açıqladı. Onun sözlərinə görə, Konstitusiyanın pozulmasından söhbət gedə bilməz: "Qanunda sadəcə, prosedur göstərilir. Ancaq reallıqda ola bilər ki, namizəd təqdim olunmasın, parlamentin tətilinə düşsün, səs çoxluğu olmasın. Bu, Konstitusiyanın pozulması demək deyil". "Millət vəkillərinin Qarabağa səfəri danışıqlar prosesinə dəstəkdir" Vitse-spiker Bahar Muradova Dağlıq Qarabağa səfər edənlər arasında 2 millət vəkilinin olmasına toxundu: "Bu təşəbbüs 9 il əvvəl ortaya çıxsa, həyata keçirmək mümkün deyildi. Zaman yetişdi. Müdrik liderimiz Heydər Əliyev də demişdi ki, danışıqların müəyyən mərhələsində icmalar prosesə qoşula bilər. Bu şəkildə səfərlərə pis baxmıram. Millət vəkillərinin səfəri də danışıqlar prosesinə dəstəkdir. Səfərlə bağlı fərqli baxışları da başa düşürəm. ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul ediriksə, bu səfər də vasitələrdən biridir. Azərbaycan prezidenti İlham Əliyev də danışıqlar prosesindəki irəliləyişləri vurğulayıb". Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimova görə, hər iki ölkə prezidentinin siyasi iradəsilə Qarabağ probleminin həllinə çox qalmayıb: "Deputatlar da bu prosesə dəstək verməlidir". "Dini etiqad haqqında" qanuna əlavə və dəyişikliklərin nədən provoslav və kotolik deyil, yalnız müsəlman icmalarına tətbiq olunmasına gəlincə, Əli Hüseynov bildirdi ki, Azərbaycanda provoslav və kotoliklər sayca azdır: "Ona görə də onlarla bağlı prosesin tənzimlənməsinə ehtiyac yoxdur. Ancaq gələcəkdə bu, müzakirə mövzusu ola bilər". Əmanətləri qaytarmamaq üçün bəhanələr təkrarlanır Jurnalistlər sovet dövründən banklarda qalan əmanətin taleyilə də maraqlandılar. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu məsələnin gündəlikdə durduğunu, Maliyyə Nazirliyinin araşdırma apardığını, qanun layihəsinin təqdim olunması gərəkliyini söylədi: "Qanun layihəsinin qəbulunda bir sıra çətinliklər var. Qarabağ münaqişəsi, iqtisadi məsələləri və digərlərini bu sırada qeyd etmək olar". Ziyad Səmədzadənin dediklərindən belə çıxdı ki, 2009-cu ilin dövlət büdcəsində əlavə və dəyişikliklər gözlənilmir: "Son aylar Azərbaycan iqtisadiyyatında baş verənlər göstərir ki, heç bir problem yaranmayacaq". Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov mədəniyyətlə bağlı qanunların bir toplusunu hazırlamaq istədiklərini vurğuladı: "Niyə Cinayət Məcəlləsi, Mənzil Məcəlləsi olur, Mədəniyyət Məcəlləsi olmur?". Şəmsəddin Hacıyev isə payız sessiyasında Təhsil Məcəlləsini müzakirəyə çıxarmaq istədiklərini bildirdi.Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar