SON XƏBƏRLƏR

MUSƏVİ AKSIYALARI DAVAM ETDİRMƏYƏ ÇAĞIRIR

2021.10.20, 07:36
MUSƏVİ AKSIYALARI DAVAM ETDİRMƏYƏ ÇAĞIRIR

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Builki prezident seçkisində əsas namizədlərdən olmuş İranın keçmiş baş naziri Mirhüseyn Musəvi iyulun 6-da öz evində bir sıra dost-tanışı və onun seçki qərargahında fəaliyyət göstərmiş şəxslərlə görüş keçirib. görüşdə M.Musəvi seçkidən sonra baş verən hadisələrə toxunub və seçkidəki saxtakarlıqlara qarşı etirazların davam edəcəyini bildirib. O, Mahmud Əhmədinejad hökumətini legitim saymadığını vurğulayıb: “Etirazlar müəyyən qədər səngisə də, problem olduğu kimi qalır. Heç nə dəyişməyib. Güman edirəm ki, seçki saxtakarlığına qarşı etirazlar davam edəcək. Çünki bu hökumət qanuni deyil və xalqın səsinə arxalanmır”. M.Musəvi öz tərəfdarlarını dinc aksiyaları davam etdirməyə çağırıb: “Qanun çərçivəsində formalaşmayan hökumət xalqın gözündə də qanunsuzdur. Bu məsələ istər-istəməz hökumətin zəifləməsinə, xalqa qarşı zorakılıqların isə davam etdirilməsinə gətirib çıxaracaq. Hər halda bu hökumət siyasi baxımdan qanuni sayılmadığı üçün həm daxili, həm də xarici siyasətdə çox ciddi problemlərlə üz-üzə gələcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar