SON XƏBƏRLƏR

Iranın dini elitası arasındakı çat dərinləşir

2021.10.20, 07:36
Iranın dini elitası arasındakı çat dərinləşir

Gunaz.tv
Qum şəhərinin məşhur din xadimləri seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb edirlər “Reuter” agentliyinin məlumatına görə, iyulun 5-də Iran ruhanilərinin bir qrup nümayəndəsi 12 iyun prezident seçkilərinin nəticələrinin “etibarsız” elan edilməsini tələb edən bəyanat yayıb. Ölkənin ali dini lideri Əli Xameneyinin nəticələri dəstəkləməsinə baxmayaraq, belə bir bəyanat verilib. Qum şəhərinin Tədqiqatçılar və Müəllimlər Assosiasiyasının küçə etirazları zamanı həbs edilmiş şəxsləri azad etməyə çağırması da Iranın şiə ruhaniləri arasında parçalanmanın dərinləşməsinin əlamətidir. “Digər namizədlərin səsvermələr zamanı saxtalaşdırma faktları haqqında şikayətlərinə və arqumentli dəlillərinə məhəl qoyulmayıb, iranlıların dinc etirazları amansızlıqla yatırılıb, onlarla iranlı öldürülüb, yüzlərlə insan qanunsuz həbs edilib. Seçkilərin nəticəsi etibarsız hesab olunmalıdır”, deyə ruhanilər qrupunun veb-saytında dərc edilmiş bəyanatda qeyd edilib. Bəyanat müəlliflərinin adları açıqlanmır. Inqilab əhval-ruhiyyəli klerikallar qrupunun ölkədə böyük siyasi nüfuzu yoxdur. Amma bəyanat Qumdan verildiyinə görə Iran ruhanilərinin cəmləşdiyi mərkəzdə tabesizlik addımı kimi qiymətləndirilə bilər. Bəyanatda həmçinin deyilir ki, iyun hadisələri ölkədə 1979-cu il islam inqilabından sonra fərqli düşüncənin daha aydın təzahürüdür. Etiraz aksiyalarının amansız yatırılması faktlarından məhkəməyə şikayət verilməlidir. Öz növbəsində, iyulun 5-də Islam Inqilabı Keşikçiləri Korpusunun rəhbərliyi Iran müxalifət liderlərini “ölkənin islam özülünü sarsıtmaq cəhdində” ittiham edib. “Biz məxməri inqilabla üz-üzə gəldik,- deyə PressTVKorpusun siyasət bürosunun rəhbəri general Yadullah Cavanidən sitat gətirir. “Amma bizim ayıq-sayıqlığımız sayəsində onun qarşısı alınıb. Biz əminik ki, IIKK islam inqilabı ideallarının qorunub saxlanmasında və davam etdirilməsində həlledici rol oynamalıdır”, deyə hərbi general qeyd edib.azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar