SON XƏBƏRLƏR

görünməyən toz TEHRANI iflic vəziyətinə salıb

2021.10.20, 07:36
görünməyən toz TEHRANI iflic vəziyətinə salıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "media forum"a istinadən yaydığı məlumata görə, Bir neçə gündür İranın paytaxtı Tehranı və ölkənin bir sıra əyalətlərini toz dumanı bürüyüb. Fövqəladə Hallar Komitəsi Tehranda vətəndaşların ciddi təhlükə ilə üz-üzə qaldığı barədə xəbərdarlıq bəyanatı yayıb. Komitə iyulun 7-də paytaxtda və bir sıra əyalət mərkəzlərində hökumət qurumlarının işləməyəcəyini açıqlayıb. Komitə bildirib ki, o biri günlərdə də hava açılmasa, məcburi tətil daha bir neçə gün uzadılacaq. Fövqəladə Hallar Komitəsi toz dumanı basmış yerlərdə xüsusilə ürək xəstəliyi olanlara açıq havada idmanla məşğul olmamağı məsləhət görüb. Tozun Səudiyyə Ərəbistanı və İraqdakı qumluqlardan gəldiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar