SON XƏBƏRLƏR

ayətullah Yusif Sanei tutulmuş etirazçıların, məcburi etirafları ilə bağlı sərt bəyanat yayıb

2021.10.20, 07:36
ayətullah Yusif Sanei tutulmuş etirazçıların, məcburi etirafları ilə bağlı sərt bəyanat yayıb

Gunaz.tv
Yusif Sanei GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidentliyinə namizəd olmuş Mirhüsen Musəvinin tərəfdarı, məşhur ruhani bəyanat yayıb. O, seçki saxtakarlıqlarına etiraz aksiyalarına qatıldıqları üçün tutulanların dövlət televiziyasına çıxarılaraq etiraflara məcbur edilməsini kəskin pisləyib. 12 iyun seçkisində Mirhüseyn Musəviyə səs vermiş və saxtakarlığa etiraz aksiyalarına qatıldıqları üçün həbs edilənlərin bəziləri bir neçə gündür televiziyaya çıxarılır. Onlar aksiyalara bir sıra xarici ölkələrin təhriki ilə qatıldıqlarını və ölkənin milli təhlükəsizliyinə qarşı çıxdıqlarını deyirlər. məşhur ruhaninin bəyanatında bu metoda etiraz bildirilir: “Son günlər hamımız universitetlərə və tələbə yataqxanalarına hücum edilməsinin, bu yurdun 20-dən çox günahsız övladının qətlə yetirilməsinin, mindən çox aksiyaçının isə həbsə salınmasının şahidi olmuşuq. Bu bəs deyilmiş kimi həbs edilənlərin bəzilərinin televiziyaya çıxarılaraq üzdəniraq etiraflarını görürük. Təzyiqlər nəticəsində alınan bu ifadələrin istər qanuni, istər dini baxımdan heç bir dəyəri yoxdur. Bu zülmlər, təzyiqlər, hiylələr, məkrlər və yalanlar vətəndaşların xalq hakimiyyəti uğrunda apardığı dinc mübarizəsini dayandırmamalı, onların ümidsizliyinə səbəb olmamalıdır”. Bəyanatda seçki nəticəsini qəbul etməyən vətəndaşlara təzyiq edən hökumət qüvvələrinə xəbərdarlıq da yer alıb: “Bu qüvvələr xalqın can, mal və namus qoruyucusu olmalıdır. Mən onlara xəbərdarlıq edib bildirirəm ki, verilən heç bir əmr və göstərişi bəhanə edərək xalqın hüququna təcavüz edə bilməzlər. Vətəndaşların hüququna təcavüz edənlər, onları qətlə yetirənlər həm bu dünyada, həm də axirətdə böyük əzaba düçar olacaqlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar