SON XƏBƏRLƏR

H.Şahrudi telekanallar və saytlara qarşı xususi tədbirlərin alınacağını söyləyib

2021.10.20, 07:36
H.Şahrudi telekanallar və saytlara qarşı xususi tədbirlərin alınacağını söyləyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri ayətullah Haşimi Şahrudi bəyan edib ki, ölkədə peyk anteni vasitəsilə yayılan xarici telekanallara, bu şəbəkələrlə əməkdaşlıq edən İran vətəndaşlarına və dövlət quruluşu əleyhinə çıxan saytlara qarşı ciddi tədbirlər görüləcək. vurğulayıb ki, peykdən yayılan xarici şəbəkələr gündən-günə genişlənir: “fəaliyyət göstərən Ədliyyə qurumları və məhkəmələr əyalətlərdə bu məsələni ciddi araşdırmalı, həmin şəbəkələrlə əməkdaşlıq edənləri məsuliyyətə cəlb etməlidirlər”. İranda peyk antenindən istifadə edənlərə qarşı təzyiqlər iyunun 12-də keçirilmiş prezident seçkisindən sonra güclənib. Son bir neçə gündə paytaxt Tehranın bir sıra məntəqələrində evlərdəki peyk antenləri müsadirə edilib, ondan istifadə edən vətəndaşlar cərimə və təhdid olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar