SON XƏBƏRLƏR

İslahatçı kimi tanınan liderlər həbslərə son qoymağa çağırdılar

2021.10.20, 07:36
İslahatçı kimi tanınan liderlər həbslərə son qoymağa çağırdılar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın İslahatçılar düşərgəsinin liderlərindən prezidentliyə keçmiş namizədlər Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və İranın sabiq prezidenti Məhəmməd Xatəmi ölkə rəsmilərini həbslərə son qoymağa və həbs edilənləri azadlığa buraxmağa çağırıblar. Bu barədə Qələm saytı məlumat yayıb. İyulun 6-da İslahatçılar düşərgəsinin yxarıda adları çəkilən üç lideri arasında görüş keçirilib. Görüş zamanı onlar ölkədə baş verən siyasi prosesləri və seçkilərdən sonrakı vəziyyəti müzakirə ediblər. Görüşdə hər üç siyasi xadim ölkədə mövcud olan fövqəladə vəziyyətin ləğv edilməsi və mitinqlər zamanı həbs olunanların tezliklə azadlığa buraxılmasını tələb ediblər. Onlar bildiriblər ki, vəziyyətin bu fonda davam etməsi siyasi hərəkətlərin təhlükəli tərəf dəyişməsinə gətirib çıxaracaq. Tehranda prezident seçkilərinin nəticələri elan olunandan sonra müxalifətlə iqtidar arasında güclü qarşıdurma yaranıb. İran MSK-nın məlumatına görə, qələbəni 66 faiz səs toplayaraq ölkə Prezidenti Mahmud Əhmədinejad əldə edib. Məğlub olmuş rəqiblərdən biri - islahatçı Musəvi hökuməti səsvermənin nəticələrini təhrif etməkdə ittiham edib və xalqı etiraz aksiyası keçirməyə çağırıb. Rəsmi məlumatlara görə, qarşıdurmalr zamanı 20 nəfər, qeyri rəsmi məlumatlara görə isə 150 nəfər həlak olub. Nümayişçilərdən 1032 nəfər həbs olunub. Onların çoxu sonradan sərbəst buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar