SON XƏBƏRLƏR

Ankara Doğu Türküstanda baş verənlərə münasibət bildirdib

2021.10.20, 07:36
Ankara Doğu Türküstanda baş verənlərə münasibət bildirdib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyi Çində 156 nəfərin ölümü, 800-dən çox insanın yaralanması ilə nəticələnən hadisənin müqəssirlərinin tapılmasını tələb edib Rəsmi Ankara, Çinin Uygurustan Muxtar rayonunda baş vermiş hadisələrə münasibət bildirib. Türkiyənin Xarici İşlər Nazirliyi Çində baş vermiş hadisələrin müqəssirlərinin tapılmasını tələb edib: “Çin Xalq respublikasının (ÇXR) Şimal Qərbindəki Uyguristanın paytaxtı Urumçidə meydana gələn hadisələrdə 156 nəfərin öldüyünü, 800-dən çox insanın yaralandığını təəssüflə öyrəndik. Müqəssirlərin ən yaxın zamanda yaxalanmasını və ədalətin meydana çıxmasını gözləyirik”. Nazirlik həmçinin ÇXR rəsmilərini gələcəkdə belə hadisələrin baş verməməsi üçün daha diqqətli olmağa çağırıb: “Güclü iqtisadiyyata sahib Çində belə hadisələrin gələcəkdə meydana gəlməməsi üçün lazımi tədbirlərin görüləcəyinə inanırıq. Başda Uyğurustan xalqı olmaqla bütün Çinə başsağlığı veririk və yaralananlara şəfa diləyirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar