SON XƏBƏRLƏR

İran adlanan yerdə tutulanlardan məcburi etiraf alınır

2021.10.20, 07:36
İran adlanan yerdə tutulanlardan məcburi etiraf alınır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən, İranın rəsmi telekanallarında prezident seçkilərinin nəticəsinə etiraz olaraq keçirilən aksiyalarda tutulanların bir qisminin «etirafları» yayılır. İran Keşikçilər Korpusunun rəsmi orqanı olan «Cavan» qəzeti həbsdə olan sabiq vitse-prezident Ayətullah Məhəmməd Əli Əbtəhinin də «hönkürərək, məxməri inqilaba təlim gördüyünü etiraf etməsi» barədə xəbər yayıb. Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin rəhbərlik etdiyi İran Vəkillər Fondunun vitse-prezidenti və Milli Sülh Şurasının rəhbəri xanım Nərgiz Məhəmmədi Tehrandan telefonla «Azadlıq» radiosuna müsahibəsində bircə onu deyib ki, «konstitusiyanın 38-ci maddəsinə əsasən, etirafların hüquqi dəyəri yoxdur, vəssalam». Xanım Məhəmmədi bu haqda artıq izahat verməyin lazım olmadığını bildirib. İran polis komandiri general Əhmədi Müqəddəm elan edib ki, aksiyalar başlanandan bəri 1032 nəfər tutulub, 20 nəfər ölüb. Bundan əvvəl, təhlükəsizlik naziri Möhsün Ecei, «bəzi iğtişaşçılar polis paltarı geyərək, xalqı güllələyib» - deyə, polis qüvvəsinə bəraət qazandırmağa çalışmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar