SON XƏBƏRLƏR

TÜRKİYƏdə uyqurlara dəstək aksiyasi keçirilib

2021.10.20, 07:36
TÜRKİYƏdə uyqurlara dəstək aksiyasi keçirilib

Gunaz.tv
Onlar Uygurustanda türklərə qarşı soyqirimi həyata keçirildiyini bəyan ediblər Türkiyədə yaşayan uygur türkləri və bəzi QHT-lər Çinin Uygurustan muxtar rayonundakı hadisələrə etirazlarını bildirmək üçün aksiya keçiriblər. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, "Qalatasaray" meydanında toplaşan aksiyaçılar “BMT işbaşına”, “Çində soyqırımına yox!”, “Zülmə qarşı çiyin-çiyinə”, “Uygur türkləri tək deyil” kimi şüarlar səsləndirib. Aksiyanın məruzəçisi, Uygurustanda türklərə zülm olunduğunu və bunun davam etdiyini deyib, Çin dövlətinin reqionda türklərə qarşı asimilyasiya siyasəti yürütdüyünü bildirib. Açıqlamada həmçinin Çin polisinin hara gəldi atəş aşması nəticəsində rəsmi rəqəmlərdə göstərildiyindən daha çox insanın öldüyü bildirilib. Aksiyaçı qrup şüarlar səsləndirərək "Taksim" meydanına qədər yürüş edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar