SON XƏBƏRLƏR

MOKVADA nüvə silahlarını azaltmaqla bağlı razılıq əldə olunubdur

2021.10.20, 07:36
MOKVADA nüvə silahlarını azaltmaqla bağlı razılıq əldə olunubdur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Moskvada səfərdə olan Amerika prezidenti Barak Obama öz rusiyalı həmkarı Dmitri Medvedyevlə nüvə silahının azaldılmasına dair razılaşma əldə edib. Bu razılaşma hər iki ölkənin sahib olduğu nüvə başlıqlarının azaldılmasına əsas verəcək. Müqavilə 1991-ci ildə imzalanmış və dekabrda müddəti sona çatan razılaşmanı əvəzləyəcək. Moskva həmçinin Amerikanın Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar üçün silah-sursatın Rusiya ərazisindən keçməsinə də icazə verib. Obama-Medvedyev görüşü öncəsi sammitin nəticələrinə ümidlər az idi. Amma belə görünür ki, prezidentlər ümid bəsləniləndən də artığını əld ediblər. Görüşdən sonra Barak Obama jurnalistlərə deyib ki, o, cənab Medvedyevə inanır. Barak Obama Vladimir Putinlə də görüşəcək Bu gün ABŞ prezidenti Barak Obama Moskva səfəri çərçivəsində baş nazir Vladimir Putin, sabiq SSRİ prezidenti Mixail Qorbaçovla görüşlər keçirməlidir. Barak Obamanın Moskva səfərinin ikinci gününün birinci bəndi Rusiyanın baş naziri Vladimir Putinlə görüşdür. Səhər yeməyi formatında keçirilməli bu görüş zamanı Barak Obamayla Vladimir Putin şəxsən tanış olmalıdırlar. Moskva səfərindən öncə Barak Obama bildirmişdi ki, "Vladimir Putin bir ayağıyla iki ölkə arasında dialoqun aparılmasının köhnə qaydaları yolundadır, bir ayağıyla isə yeni yoldadır". ABŞ prezidentinə görə, Rusiyada hələ də böyük hakimiyyətə malik Vladimir Putini soyuq müharibə vaxtlarının köhnə yanaşmalarının köhnəlməsində inandırmaq lazımdır. Barak Obamaya cavabda Vladimir Putin bildirib ki, "biz bir ayağımız orda, bir ayağımız burada dura bilmirik. Biz öz ayaqlarımız üstə bərk dururuk və həmişə gələcəyə baxırıq". Öz növbəsində birbaşa Obama-Putin danışıqlarıyla bağlı Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, baş nazir Barak Obamayla Rusiya-Amerika münasibətləriylə bağlı öz fikirləriylə bölüşmək istəyir. Cənab Peskova görə, Vladimir Putin ABŞ prezidentləriylə təmaslarda nəhəng təcrübəyə malikdir, mövzunu da gözəl bilir. Vladimir Putindən sonra Barak Obama sabiq SSRİ prezidenti Mixail Qorbaçovla görüşməlidir. Daha sonra ABŞ prezidenti Rusiya iqtisadi məktəbində ikitərəfli münasibətlərlə bağlı geniş nitqlə çıxış etməlidir. Mətbuata görə, bu çıxış son dərəcə əhəmiyyətli olmalıdır və proqram xarakteri daşımalıdır. Bu gün Barak Obamanı habelə Rusiyanın ictimai təşkilatları və biznes dairələrinin aparıcı üzvləriylə görüş gözləyir. ABŞ prezidentiylə söhbət edəcək şəxslər arasında Rusiya müxalifətinin liderləri də olmalıdır. Spektrin sağ-liberallardan tutmuş kommunistlərə qədər geniş olacağı bildirilir. Günün sonunda Prezident Obamayla Prezident Medvedyevin ikinci görüşü gözlənilir, burada liderlər iki gün ərzində aparılan işlərə yekun vurmalıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar