SON XƏBƏRLƏR

İran adlanan yerdən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsinin qarşısı, MTN tərəfindən alınıb

2021.10.20, 07:36
İran adlanan yerdən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsinin qarşısı, MTN tərəfindən alınıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin apa ya istinadən yaydığı məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində son günlər keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması üzrə daha bir faktın qarşısı alınıb, 48 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, Beyləqan rayon sakinləri - Nəsirov Tahir Vaqif oğlu, Quliyev İlqar Oqtay oğlu və Səfərov Samir Niyazi oğlu, Kəlbəcər rayon sakini Hüseynov Rəşad Zakir oğlu, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər. Müəyyən edilib ki, Tahir Nəsirovun təşkilatçılığı ilə hazırda şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran vətəndaşları İran-Azərbaycan dövlət sərhədinin Beyləqan rayonu istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaq yolla keçirib həmin rayonun 1-ci və 2-ci Şahsevən kəndlərinin arasındakı ərazidə gizlədiblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Tahir Nəsirov və İlqar Quliyev narkotik vasitələri həmin yerdən götürüb və təxminən gecə saat 03:00 radələrində Bakı şəhərinə gətiriblər. Onlar Rəşad Hüseynovun gözətçi işlədiyi bağa gələrək narkotikləri burada gizlədib, özləri də həmin bağda gecələyiblər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər saxlanılıb, həmin bağa baxış zamanı oradan 30 kiloqrama yaxın həşiş, habelə Tahir Nəsirovun qanunsuz əldə etdiyi Türkiyə istehsalı olan 1 ədəd «Mini Kral» start tapançası aşkarlanaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb. Məlumatda o bildirilir ki, MTN İctimai Əlaqələr Mərkəzinin 2009-cu il mayın 4-də KİV üçün açıqladığı məlumatda Astara rayon sakinləri – Pərviz Əliyevin, İlham Səmədovun və Asəf Qasımovun, Bərdə rayon sakinləri - Asəf Əzimovun və Saleh Məmmədovun, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşlarının və qeyrilərinin qabaqcadan əlbir olaraq satış məqsədilə 40 kiloqrama yaxın narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətirdikləri və həmin şəxslərin ifşa olunaraq zərərsizləşdirildikləri barədə geniş bilgi verilib. Bu faktla bağlı MTN İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində adları çəkilən təqsirləndirilən şəxslərin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı törətdikləri hüquqazidd əməllərinə dair yeni hallar məlum olub, onlara məxsus gizli saxlanc yerindən əlavə 18 kiloqrama yaxın həşiş aşkar edilərək götürülüb. Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar