SON XƏBƏRLƏR

ZİYALILAR QRUPU XANKƏNDİ, ŞUŞA, YEREVANIN ARDINCA BAKIDA OLUB (Nümayəndə heyətlərinin tam tərkibi)

2021.10.20, 07:36
ZİYALILAR QRUPU XANKƏNDİ, ŞUŞA, YEREVANIN ARDINCA BAKIDA OLUB (Nümayəndə heyətlərinin tam tərkibi)

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə iyulun 3-də Xankəndidə, Şuşada, Yerevanda görüşlər keçirmiş ziyalılar qrupu dünən axşam Bakıda prezident İlham Əliyevlə bir araya gəliblər. Dövlət başçısı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı mövqeyini bildirərək vurğulayıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində, Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməklə həll edilə bilər. AzərTAc-ın görüşdən yaydığı informasiyada nümayəndə heyətlərinə daxil olan şəxslərin adları da yer alır. Azərbaycan nümayəndə heyəti: Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Milli Məclisin deputatları Asim Mollazadə, Rövşən Rzayev Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov. Ermənistan nümayəndə heyəti: Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan “Mediamaks” informasiya agentliyinin direktoru Ara Tadevosyan “Novoye vremya” qəzetinin əməkdaşı Armen Xanbabyan Ermənistan Milli Məclisinin deputatları Ermine Naqdalyan, Mxitar Mnasakanyan futbol veteranı Eduard Markarov S.Paradcanov muzeyinin direktoru Zaven Sarqsyan İctimai Təşkilatın direktoru Şuşan Katlamadcan Dağlıq Qarabağdan tibb işçisi Lyudmila Qriqoryan. Rusiya nümayəndə heyəti: Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar