SON XƏBƏRLƏR

Bakıya axış . Irandan müxalifətçi kimi tanınanlar Bakıya axışırlar

2021.10.20, 07:36
Bakıya axış . Irandan müxalifətçi kimi tanınanlar Bakıya axışırlar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "azadliq" qezetinə istinadən yaydığı məlumata görə, Əhmədinejadın yüzlərlə əleyhdarı şəhərin ayrı-ayrı yerlərində kirayədə yaşayırlar Iranda keçirilən prezident seçkisində saxtakarlığa etiraz edən müxalifət tərəfdarları ciddi təzyiqlərə məruz qalıb. Gələn məlumatlara görə, etiraz aksiyaları yatırılandan sonra hər gün bir neçə müxalifət fəalı həbs olunur. Xüsusilə aksiyalarda fəallıq göstərən gənclər təqib edilir. Iran müxalifətçiləri isə təqiblərdən yaxa qurtarmağın yolunu ölkəni tərk etməkdə görürlər. Iran müxalifətçiləri daha çox Azərbaycana pənah gətirirlər. Elə bu günlərdə yüzlərlə iranlı ölkəmizə mühacirət edib. Onlar artıq Iranda yaşaya bilmədiklərini deyirlər. “Bizi Iranda ya dar ağacı, ya da həbs gözləyir. Ona görə də Azərbaycana qaçmağa məcbur olmuşuq”. Mövzunu davam etdirəcəyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar