SON XƏBƏRLƏR

AKPdən, ORDUNU SIXIŞDIRMAQ ÜÇÜN YENİ DƏYİŞİKLİK

2021.10.20, 07:36
AKPdən, ORDUNU SIXIŞDIRMAQ ÜÇÜN YENİ DƏYİŞİKLİK

Gunaz.tv
Hökumət hərbçilərin mülki məhkəmələrdə mühakiməsinə yol açan düzəlişi parlamentdən keçirib Türkiyədə istefada olan generalların “Ergenekon” istintaqı çərçivəsində bir-birinin ardınca həbs olunmasından sonra bu dəfə xidmət keçən hərbçilər üçün mülki məhkəmələrə cəlb olunmağın hüquqi yolu açıla bilər. Bir neçə gün əvvəl hökumət sürpriz şəkildə hərbçilərin mülki məhkəmələrdə mühakimə olunmasına yol açan düzəlişi parlamentdən keçirib. Bu düzəliş ayrıca yox, paket halında təqdim olunduğuna görə hətta müxalifətin də diqqətini cəlb etməyib. Yalnız düzəliş təsdiq olunduqdan sonra ana müxalifət partiyası CHP onun hərbçilərin son vaxtlar hökumətə bağlılıq meylləri nümayiş etdirən mülki prokurorluq və məhkəmə orqanlarına cəlb olunmasına yol açdığını başa düşüb. Bununla əlaqədar CHP lideri Dəniz Baykal AKP hökumətini faktiki olaraq ölkədə çevriliş həyata keçirməkdə və silahlı qüvvələri sıxışdırmaq üçün yeni planlar qurmaqda günahlandırıb. Hazırda düzəliş təsdiq olunmaq üçün prezidentə təqdim olunub. NTV telekanalının məlumatına görə, düzəlişin parlamentdən keçməsi Silahlı Qüvvələrin Baş Qərargahında da narahatlığa səbəb olub. Baş Qərargah məsələ ilə bağlı hüquqşünas rəyi hazırladaraq prezidentə təqdim edib. Rəydə deyilir ki, düzəliş konstitusiyanın iki maddəsinə və hərbi məhkəmələr haqda qanuna ziddir. Bu düzəliş Türkiyə Hərbi-Dəniz Qüvvələrinin polkovniki Dursun Çiçək tərəfindən hazırlandığı iddia edilən AKP-ni və Fətullah Gülən təriqətini zəiflətmək planı ilə bağlı ölkədə siyasi gərginliyin davam etdiyi bir vaxtda ortaya çıxıb. Ötən həftə “Ergenekon” istintaqını aparan prokurorların sanksiyası ilə polkovnik həbs edilsə də bir gün sonra dəlil yetərsizliyindən azad edilib. Baş Qərargah sözügedən planın orduya aid olmadığını bəyan edib və polkovniki müdafiə edir. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar