SON XƏBƏRLƏR

Azərbaycan idmançıları Avropa Çempionatında . 3 qızıl medal

2021.10.20, 07:36
Azərbaycan idmançıları Avropa Çempionatında . 3 qızıl medal

Gunaz.tv
Azərbaycan paralimpiyaçıları Avropa Çempionatından 3 qızıl medalla qayıdırlar Macarıstanda keçirilən çempionatda 100 kq çəki dərəcəsində mübarizə aparan Kərim Sərdərov rəqibini 5 saniyəyə məğlub edib Macarıstanın Debrecen şəhərində Cüdo üzrə Avropa çempionatı başa çatıb. Paralimpiya Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, yarışda Azərbaycanın cüdo üzrə milli yığma komandası da iştirak edib. Yarışda 81 kq çəki dərəcəsində çıxış edən Rövşən Səfərov qızıl medal qazanıb. 100 kq çəki dərəcəsində isə Kərim Sərdərov qızıl medal əldə edib. O, rəqibini cəmi 5 saniyə ərzində məğlub edib. Pekin Paralimpiya Cempionu +100 kq çəki dərəcəsində çıxış edən, İlham Zəkiyev də rəqibindən üstün olaraq, qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində çıxış edən Tofiq Məmmədov isə gümüş medala sahib olub. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar